Qırmızı.az
Yasamal rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi
Fevralın 25-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Xocalı
soyqırımının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.
Tədbir faciə qurbanlarının, Xocalının müdafiəsi uğrunda şəhid
olan qəhrəmanların xatirəsinin 1dəqiqəlik sükutla yad edməsi ilə
başladı.
Mərkəzin kiçik elmi işçisi Günel Hüseynova məruzə ilə çıxış
edərək 22 il öncə Azərbaycan xalqına qarşı törədilmiş qanlı,
dəhşətli soyqırım həqiqətləri, törədilmiş bu qanlı cinayətə məhz
Azərbaycan xalıqnın ümummilli lideri Heydər Əliyevin verdiyi
hüquqi-siyasi qiymət, bu gün Heydər Əliyev Fondu və “Xocalıya
ədalət” kompaniyasının Xocalı həqiqətlərini dünya ictimaiyyətinə
çatdırmaq üçün həyata keçirdiyi müxtəlif tədbirlər haqqında məlumat
verdi.
Fizika-riyaziyyat təmayüllü liseyin tarix müəllimləri Rüstəm
Çərkəzov, Sevinc Məmmədova, Azərbaycan Dövlət Pedaqoji Kollecinin
tərbiyə işləri üzrə direktor müavini Şükufə Xankişiyeva çıxış
edərək Xocalı faciəsinin iki yüz ilə yaxın bir müddətdə
erməni-şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı
müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı
siyasətinin davamı və ən qanlı səhifəsi olduğunu
vurğuladılar.
Fizika-riyaziyyat təmayüllü liseyin şagirdləri Orxan Miriyev,
Röyal Yusifov, Coşqun Eldarov “Xocalı dəhşətləri” adlı kompozisiya
ilə çıxış etdilər. Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri
Əfsanə Həşimova və Yeganə Sadıqova “Xocalı faciəsi” adlı şeiri
söylədilər.
Tədbir zamanı “Xocalı dəhşətləri” adlı film nümayiş olundu.
baku-art.az
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...