Qırmızı.az
Batumidə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş mərasim keçirilib
Bu gün Azərbaycanın Batumi şəhərindəki Baş konsulluğu tərəfindən Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş mərasim keçirilib.
Baş konsulluqdan verilən məlumata görə, anım mərasimində
Acarıstan Muxtar Respublikası hökumət aparatının, nazirliklərinin
və qurumlarının məsul işçiləri, Batumidə akkreditə olunmuş
diplomatik nümayəndəliklərin rəhbərləri, Batumi Dövlət
Universitetinin professor-müəllim heyəti və tələbələri, QHT və KİV
nümayəndələri, Kulevi terminalının və Gürcüstanda fəaliyyət
göstərən "SOCAR" şirkətinin əməkdaşları, Acarıstan MR-dəki
icmaların rəhbərləri, Acarıstanın ziyalıları və Azərbaycan
icmasının üzvləri iştirak ediblər.
Mərasimdə çıxış edən, baş konsul Hüseyn Nəcəfov qeyd edib ki,
Xocalı faciəsi Azərbaycan xalqına və insanlığa qarşı ən ağır
törədilmiş cinayətlərdən biridir. 1992-ci il fevralın 25-dən 26-na
keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi
şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və
hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərində yüzlərlə günahsız
dinc əhaliyə, o cümlədən, qadın, qoca və uşaqlara qarşı ən qəddar
cinayətlər törədiblər. Nəticədə fevralın 26-sı Xocalı tam alova
büründü. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500
Xocalı sakinindən 613-ü vəhşicəsinə öldurülüb. Bu soyqırım
nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı Xocalı sakini qətlə
yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki
valideynini, 130 uşaq valideynlərindən birini itirib. Yaralanan 487
nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin
düşüb. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə
görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə
törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz
soyqırım olduğunu təsdiq edir. Хоcalı soyqırımı özünün
siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev
hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan
reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə
məqsədyönlü tədbirlər görülməyə başlanıb. Məhz ümummilli lider
Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Parlamenti
fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib.
Baş konsul bildirib ki, bu gün Azərbaycan dünya birliyinə dinc
əhaliyə qarşı soyqırımı, Xocalı faciəsinin tanınması, o cümlədən
Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş
bir çox cinayətlər haqqında həqiqəti çatdırmaq üçün məqsədyönlü və
ardıcıl fəaliyyət həyata keçirir.
H.Nəcəfov həmçinin bildirib ki, 2008-ci ilin may ayının 8-dən
etibarən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər
Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi,
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə "Xocalıya ədalət" ("Justice for Khojaly") beynəlxalq təşviqat
kampaniyasına start verilib. Ötən müddət ərzində "Xocalıya ədalət"
kampaniyası çərçivəsində dünyanın çox ölkəsində müxtəlif tədbirlər
həyata keçirilib.
Tədbirdə çıxış edən M.F.Axundov adına Gürcüstan-Azərbaycan Xeyriyyə
Cəmiyyətinin prezidenti Vidadi Axundov Xocalı soyqırımını törədən
erməniləri kəskin tənqid edib.
Mərasimdə Acarıstan Muxtar Respublikasının Ticarət Palatası
nəzdində Beynəlxalq Arbitraj Məhkəməsinin sədri, Batumi Dövlət
Universitetinin professoru, hüquq elmlər doktoru Rostom Quntaişvili
baş vermiş faciəyə hüquqi qiymət verib və Azərbaycan xalqına qarşı
edilmiş soyqırım kimi xarakterizə edib.
Daha sonra tədbirdə "Changes for Equal Rights" qeyri-hökumət
təşkilatının nümayəndəsi Nino Çkaidze çıxış edərək baş verən
faciəni soyqırım kimi xarakterizə edib və bu cür hadisələrin
təkrarlanmasına imkan verməməyin vacibliyini qeyd edib.
Anım mərasimində Heydər Əliyev Fondun dəstəyi ilə lentə alınmış
"Xocalı soyqırımı" adlı sənədli filmi, eləcə də amerikalı rep-ifaçı
Toni Blekmen və "Dəyirman" qrupunun ifasında "Xocalıya ədalət"
("Justice for Khojaly") musiqi klipi və Mədəniyyət və Turizm
Nazirliyinin sifarişi ilə çəkilən "Dua" sənədli filmləri nümayiş
olunub.
Tədbirin sonunda iştirakçılara foto-sərgi, press-relizlər,
"Xocalıya ədalət" musiqi klipinin CD-si, eləcə də Xocalı
soyqırımına həsr edilmiş digər materiallar təqdim olunub.
Mərasim iştirakçıları Xocalı soyqırımı zamanı həlak olanların
xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mərasim və baş konsulun müsahibəsi "Acariya TV" və "TV 25"
kanalları tərəfindən işıqlandırılıb.
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA