Qırmızı.az
Samuxda avtomobil yas mağarına girib, ölən və yaralananlar var
Bu gün saat 20: 30 radələrində Samux rayonunun Qədili kəndində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az Kəpəz TV-yə istinadən məlumat verir ki, "VAZ 2106"
markalı avtomobilin yolun yaxınlığında quraşdırılan yas mağarına
girməsi nəticəsində 10 nəfər yaralanıb. Yaralılardan bəziləri ilkin
tibbi yardım üçün Samux Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da,
vəziyyətləri qismən ağır olan 5 nəfər rayon sakini - 33 yaşlı Cuma
Mehdiyev, 46 yaşlı Sakit Şəfiyev, 40 yaşlı Novruz Quliyev, 41 yaşlı
Əziz Rüstəmov və 44 yaşlı Yaşar Məmmədov Gəncə Şəhər Təcili Tibbi
Yardım Xəstəxanasına yerləşdirilib.
Həkimlərin müdaxiləsinə baxmayaraq, S.Şəfiyevin həyatını xilas
etmək mümkün olmayıb. Digər yaralıların vəziyyəti isə orta
ağırdır.
Şahidlərin bildirdiyinə görə, hadisəyə səbəb sürücünün nəqliyyat
vasitəsini yüksək sürətlə idarə etməsi olub.
Hazırda polis sürücünün şəxsiyyətinin müəyyənləşdirilməsi
istiqamətində iş aparır. Faktla bağlı araşdırma aparılır.
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu