Qırmızı.az
Ovçular Cəmiyyətinə alternativ “hərbi təşkilat” yaradıldı: “Etiraz yoxdur"
Azərbaycanda “Hərbi Ovçuluq İttifaqı” Məhdud
Məsuliyyətli Cəmiyyətinin nizamnaməsi və strukturu təsdiq edilib.
Nazirlər Kabinetindən Modern.az-a verilən məlumata görə, bu
cəmiyyət Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində
yaradılıb.
Cəmiyyətin əsas məqsədi ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkilində və idarə edilməsində iştirak etməkdir. Bu cəmiyyət “Xidməti və mülki silah haqqında”, “Ovçuluq haqqında” qanunlarla müəyyən edilmiş qaydada ov silahını, atıcılıq sursatını, ovçuluq-balıqçılıq ləvazimatını, idman inventarını və digər ovçuluq əşyalarını almaq və satışını, həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov alətlərinin (ov silahı və onun üçün sursat istisna olmaqla) istehsalını təşkil edə bilər.
bundan başqa, ona təhkim olunmuş ərazilərdə brakonyerliyin qarşısını almaq üçün tədbirlər həyata keçirə, təbii fəlakət və digər səbəblər nəticəsində Cəmiyyətin istifadəsində olan ərazilərdə dağılmış və ya məhv olmuş ovçuluq təsərrüfatlarını bərpa edə bilər.
Cəmiyyətin ovçuluq təsərrüfatında vəhşi heyvanların təbii və
süni artırılmasına, onların yaşayış mühitinin qorunmasına və
yaxşılaşdırılmasına yönəldilən kompleks tədbirlərdə, ovçuluğun və
ovçuluq təsərrüfatının aparılmasında heyvanlar aləmi obyektlərindən
istifadə üzrə müəyyən olunmuş qaydalara, normalara, limitlərə və
müddətlərə əməl edilməsində iştirak etmək səlahiyyəti var. Yeni
qurum əsas məqsədinə uyğun olaraq Azərbaycanın qanunvericiliyi ilə
qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola
bilər.
Xüsusi Dövlət Mühafizə Xidmətindən Modern.az-a bildirdilər ki, yeni yaradılan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətin tərkibində yalnız keçmiş hərbiçi ovçular olacaq.
Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətinin sədri Füzuli Əşrəfov isə alternativ quruma verilən hüquq və səlahiyyətlərdən şikayətçi deyil.
“Hərbi Ovçular İttifaqı” dövlət xidməti tərkibindədir və ona verilən hüquqlardan Ovçular və Balıqçılar Cəmiyyətinin də gələcəkdə yararlanması mümkündür. Odur ki, yeni yaradılan “Hərbi Ovçuluq İttifaqı”a etiraz etmirik. İnanıram ki, onunla əlbir işləyəcəyik”.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ