Qırmızı.az
Əmək kitabçaları ləğv olunacaq
Azərbaycanda əmək kitabçaları ləğv olunacaq.
İnterAz-ın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib ki, əmək kitabçalarının yerinə elektron bildirişlər fəaliyyət göstərəcək.
Onun sözlərinə görə, cəmiyyətdə hər bir işəgötürən işə götürdüyü istənilən yeni adamla müqavilə bağlayan zaman onun haqqında bütün məlumatı elektron bazadan ala biləcək.
S.Müslümov qeyd edib ki, hər hansı bir əmək kitabçasına əlavə ehtiyac qalmayacaq: “Bu, dünyada sivil qaydadır və hər yerdə tətbiq olunur. Azərbaycanda da bu proses sürətlə həyata keçiriləcək. Hazırda qanun və Nazirlər Kabinetinin bizə göndərdiyi tapşırıqlara uyğun olaraq, müvafiq tədbirlər həyata keçiririk. Bütün müvafiq proqram təminatları hazırdır. Qayda layihələri hazırlanıb, hazırda digər mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırılır. Düşünürəm ki, yaxın günlərdə bu barədə artıq təchizata başlanacaq. Bu da yekun nəticədə Azərbaycanda əmək kitabçalarının ləğvinə gətirib çıxaracaq”.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu