Qırmızı.az
Bakıda kütləvi evakuasiya başladı
Bakı şəhəri ərazisində dayanma, durma, eləcə də parklama qaydalarının pozulmasına qarşı təsirli tədbirlər davam edir.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, hal-hazırda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yaratdığı qrup paytaxtın S.Vurğun, R.Behbudov, K.Səfərəliyeva, R.Rza, Azərbaycan, Xəqani, Niyazi və digər küçələrində quraşdırılmış, dayanmanı, durmanı və parklanmanı qadağan edən nişanın təsir zonasında dayandırılan avtomobil sürücülərinə qarşı tədbirləri davam etdirir.
V.Əsədov qeyd edib ki, təkcə dünən gün ərzində əməkdaşlar tərəfindən 300-ə yaxın inzibati protokol tərtib edilib və bu gün də bu istiqamətdə tədbirlər davam etdirilir: "Hal-hazırda evakuatorların köməyi ilə 16 avtomobil müvəqqəti mühafizə olunan dayanacağa aparılıb və sürücüləri yanında olan avtomobillərə, xüsusilə taksi fəaliyyəti ilə məşğul olan 32 sürücüyə inzibati qaydada protokol tərtib edilib. Eləcə də patrul avtomobillərində olan cihaz vasitəsilə də 40-a yaxın avtomobil sürücüsü barəsində tədbir görülməsi üçün fotomaterial hazırlanaraq avtomobilin qabaq şüşəsinə yerləşdirilib. Bir daha avtomobil sahiblərini və sürücülərini nizam-intizama dəvət edirik".
-
Region11:46
Türkiyə ilə Ermənistan anlaşma əldə etdi: Mirzoyan açıqladı
-
Elm və təhsil11:21
Alimlər Allahın işinə əl uzatdı: "Hər şeyə qadir" 12 barmaqlı insan yaradılır
-
Dünya10:51
Putinin əlinə çəkdiyi krem görün necə satılır
-
Region10:10
Türkiyəyə təklif edilən mühüm layihə: reallaşarsa... - ABŞ təzyiqlərə başladı
-
Hadisə09:42
"Tarovı"da gərginlik: Gənc qız sevgilisini... - VİDEO
-
Sosial09:12
Bu tarixdə ət UCUZLAŞACAQ - VİDEO
-
Hadisə08:25
12 yaşlı yeniyetmə süni göldə batdı
-
Sağlamlıq07:25
25 yaşdan öncə ata olan kişiləri gözləyən TƏHLÜKƏ