“Ərimə zəng edib deyirdilər ki, “heç bilirsən arvadın haradadır?” - VİDEO
Bizi izləyin

Magazin1

“Ərimə zəng edib deyirdilər ki, “heç bilirsən arvadın haradadır?” - VİDEO

"Bilirsiniz nədən və nələrdən keçmişik? Başımıza o qədər işlər gəlib ki... Bizi ayırmaq istəyənlər o qədər olub. İstəyir ətraf, istəyir tanımadığımız insanlar. Elə şeylər danışıblar, elə hoqqalar çıxarıblar ki... Biz bərabər çörək yediyimiz yerdə həyat yoldaşım Nurlana zəng edib deyiblər ki, "heç bilirsən həyat yoldaşın haradadır?" İnsanlar bizi elə bərbad vəziyyətlərə salırdılar ki...".

Publika.az xəbər verir ki, bu sözləri müğənni Nurlan Əzizbəylinin həyat yoldaşı Nərmin xanım qonaq olduqları "Elgizlə izlə" ictimai-sosial verilişində deyib.

Sənətçinin xanımı bildirib ki, indiyə kimi əldə etdiklərini heç kimin köməyi olmadan yalnız öz zəhmətləri hesabına əldə ediblər:

"Bizim yoxsul günlərimiz oldu. Nurlanla bir yumruq kimi olduq və dayandıq. Nə qurmuşuqsa, bir çöpə qədər hər şeyi özümüz almışıq, qurmuşuq. Bizə heç kim heç nə hədiyyə etməyib. Əziyyət çəkərək, qorxaraq, hansısa yolla pul qazanaraq oğlumuzu böyütmüşüq və sağ-salamat yola salmışıq Vətənin keşiyində dayanmağa. Bizə jurnalistlər sual verirdilər ki, "nə zaman Nurlandan boşanırsan?"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm