Qırmızı.az
Xocalı soyqırımı Misirin “Əl-Əhram” qəzetinin səhifələrində
Misirin nüfuzlu qəzetlərindən sayılan, bir milyon tirajla çap olunan “Əl-Əhram” qəzetində “Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı məqalə dərc edilib.
Məqalədə Xocalı soyqırımı barədə geniş məlumat verilərək, erməni
silahlı birləşmələrinin törətdikləri bu vəhşiliyin nəticəsində 106
qadın, 63 uşaq və 70 qoca olmaqla 613 dinc sakinin amansızcasına
qətlə yetirildiyi, 1275 xocalılının əsir və 150 xocalılının itkin
düşdüyü bildirilib. Xocalı qətliamının Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ən ağrılı səhifəsi olduğu diqqətə
çatdırılaraq, həmin faciənin Azərbaycana qarşı işğal planlarını
həyata keçirməyə başlamış Ermənistan silahlı qüvvələri tərəfindən
törədildiyi və XXI əsrdə ən ağır beynəlxalq terror cinayətlərindən
biri olduğu xüsusilə qeyd edilib.
Bununla yanaşı, məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən məlum 4
qətnamənin və digər beynəlxalq təşkilatlar tərəfindən qərarların
qəbul edildiyi, lakin Ermənistan tərəfindən hələ də həmin
qərarların icra edilmədiyi diqqətə çatdırılıb, Xocalı soyqırımı
haqqında həqiqətlərin dünyaya yayıldığı və bir sıra ölkələrin
qanunverici orqanları tərəfindən bu faciənin soyqırımı kimi
tanındığı bildirilib.
Eyni zamanda, məqalədə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüququn normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həllinin vacibliyi önə çəkilərək, Ermənistandan məsuliyyətdən boyun
qaçırmamaq tələb edilib.
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...