Qırmızı.az
İlham Əliyev Bakı İdman Sarayında yaradılan şəraitlə tanış olub
Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı 2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.
Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı
dövlətimizin başçısına ətraflı məlumat verdi. Bildirildi ki, təmir
zamanı binanın damı və fasadı, işıqlandırma sistemi yenilənib,
ətrafda geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri
görülüb.
Müasir tələblərə uyğun yenidən qurulan binada Olimpiya və
Paralimpiya oyunlarının keçirilməsi üçün bütün şərait
yaradılıb.
Bakı İdman Sarayı əsas idman zalı və texniki binadan ibarətdir.
Burada ümumilikdə, 32 min kvadratmetr sahədə əsaslı təmir işləri
aparılıb. Üç mərtəbəli binada təmir işləri ən yüksək səviyyədə,
beynəlxalq tələblər nəzərə alınaraq görülüb. Birinci Avropa
Oyunları zamanı bu qurğuda idmanın badminton və stolüstü tennis
növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulur. Təmirdən əvvəl
tamaşaçı oturacaqların sayı 1100 idisə, indi bu rəqəm 1736-ya
çatdırılıb. Tamaşaçı oturacağı yerlərinin sayının artırılması üçün
zalda əlavə olaraq ikitərəfli tamaşaçı tribunası inşa edilib.
Binada, həmçinin hakimlər, mətbuat nümayəndələri və VİP qonaqlar
üçün də xüsusi otaqlar yaradılıb. Badminton və stolüstü tennis
yarışlarının keçirildiyi yerlərlə bağlı Beynəlxalq Federasiyaların
tələbləri nəzərə alınaraq burada xüsusi ağıllı idarəetmə sistemli,
hava axınını horizontal istiqamətdə bərabər şəkildə paylayan
havalandırma sistemi qurulub.
İdman sarayında dopinq yoxlama otağı, tamaşaçılar, idmançılar və mətbuat nümayəndələri üçün kafelər və digər zəruri bölmələr yaradılıb. Bundan başqa, burada “Bakı 2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin əməkdaşlarının iş və istirahət otaqları, iclas və toplantı zalları da var. İdman qurğusundakı püşkatma zalı, idarə heyətinin iş, müsahibə, VİP qonaqların gözləmə və yarışları izləmə, beynəlxalq federasiya nümayəndələrinin işçi, səs sistemlərinin idarə edilməsi və yarışların əlaqələndirilməsi otaqları da ən müasir səviyyədədir. Binanın daxilində 6 lift şaxtası inşa edilib və müasir liftlər quraşdırılıb. Bununla da, fiziki imkanları məhdud olan tamaşaçıların və gələcəkdə paralimpiyaçı idmançıların binanın bütün sahələrindən tam istifadə edə bilmələrinə hərtərəfli imkan yaradılıb. Bina transformator yarımstansiyası, generator və qazanxana ilə də təchiz edilib. Sarayın qaz, su, kanalizasiya, elektrik, rabitə və fiberoptik internet xətləri yenilənib.
Beləliklə, Bakı İdman Sarayının kompleks şəkildə yenidən qurulması
ilk Avropa Oyunları zamanı idmanın badminton və stolüstü tennis
növləri üzrə də yarışların yüksək səviyyədə keçirilməsinə imkan
verəcək. Mövcud idman komplekslərinin ən yüksək səviyyədə yenidən
qurulması və müasir idman qurğularının istifadəyə verilməsi bir
daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycanda başlanılan bütün layihələr uğurla, həm də vaxtında
icra olunur. Bu cür layihələrin reallaşdırılması, eyni zamanda,
gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişməsində
də mühüm rol oynayır. “Bakı-2015”ə hazırlıqla əlaqədar həyata
keçirilən layihələr Avropa Olimpiya Komitəsinin birinci Avropa
Oyunlarının məhz Bakıda keçirilməsi ilə bağlı qərarının düzgün
olduğunu bir daha göstərir.
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq