Qırmızı.az
Pakistanlı hərbçilər Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub - FOTO
Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin və "Milli Təhlükəsizlik və Müharibə kursu"nun nümayəndə heyəti Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev qonaqları səmimi salamlayaraq Silahlı Qüvvələrdə aparılan islahatlar, hərbi təhsil sahəsində qazanılan nailiyyətlər və bir sıra digər məsələlərə dair ətraflı məlumat verib.
Pakistan nümayəndə heyətinin rəhbəri briqada generalı Manoçehr Kayani səmimi qəbula və göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Tədbirdə qonaqlara "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi", "Xəzər dənizinin statusu" mövzularında brifinqlər təqdim olunub.
Briqada generalı M.Kayani Hərbi Akademiyanın fəxri qonaqları üçün nəzərdə tutulan kitaba ürək sözlərini yazıb.
-
Ekologiya07:17Bayram günü hava necə olacaq?
-
Magazin206:16“Mən heç cavan olmadım” - Elnarə Abdullayeva
-
Magazin104:14Azərbaycanda bir-birinə bənzəyən məşhurlar gündəm oldular - Foto
-
Magazin203:13Türk ulduz Ərdoğanı təhqir etməkdə şübhəli bilinir
-
Region02:42SEPAH-dan həyasız böhtan: Azərbaycanı hədələdi - Foto
-
Yaxın Şərq02:12Netanyahu İrana "çoxlu sürprizlər" vəd etdi
-
Qoroskop00:15Günün ulduz falı - Səthi sevinc sizi qane etməyəcək
-
Magazin17 Mart 23:00Könül Kərimovaya qarşı 245 minlik dələduzluq












.jpg)
























