Qırmızı.az
ƏƏSMN 270 nəfəri protez-ortopedik məmulatla təmin edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bölgələrdə 270 nəfərdən çox əlili protez-ortopedik məmulatla təmin edib.
Nazirliyin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, ötən ilin dekabr ayında yaradılmış səyyar tibbi-texniki briqadalar indiyədək Sabirabad, Saatlı, İmişli, Beyləqan, Füzuli, Lənkəran, Lerik, Yardımlı, Astara, Masallı və Cəlilabad rayonları üzrə dayaq-hərəkət sistemi pozulmuş şəxslərin protez-ortopediya məmulatlarına olan ehtiyaclarını aradan qaldırıblar. Ümumilikdə, həmin rayonlar üzrə 270 nəfərdən çox əlil şəxsə və sağlamlıq imkanları məhdud uşağa səyyar formada protez-ortopedik bərpa xidməti göstərilib.
Qeyd olunan şəxslərin protez-ortopediya məmulatlarından ötrü paytaxt Bakıya gəlmək çətinliklərinin aradan qaldırılmasına, onların ehtiyac duyduqları məmulatlarla yerindəcə təmin olunmasına xidmət edən tədbir ölkənin bütün bölgələrində həyata keçiriləcək.
Yaxın günlərdə isə səyyar briqadalar respublikanın Balakən, Zaqatala, Qax, Şəki və digər rayonlarda fəaliyyətlərini davam etdirəcəklər.
Publika.Az
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi