Nəticələr açıqlandı
Bizi izləyin

Qırmızı.az

Nəticələr açıqlandı

Rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənnindən keçirilmiş imtahanın nəticələri elan olundu.

TQDK-dan Publika.az-a verilən məlumata görə, abituriyentlər nəticələrlə iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilər. Yaxın dəqiqələrdə nəticələr TQDK-nın internet saytında da yerləşdiriləcək.

İmtahanda iştirakı nəzərdə tutulan 8426 abituriyentdən 551 nəfəri imtahana gəlməyib, imtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün 2 abituriyentin imtahan nəticələri ləğv edilib.

İmtahanda iştirak edən 7873 abituriyentdən 6631 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.

Qeyd edək ki, TQDK aprelin 26-da Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirib.

Qeyd olunan şəhərlər üzrə ümumilikdə 20 mərkəzdə təşkil olunub.

Aprelin 26-da keçirilən imtahanda “qeyri-məqbul” qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər 2015-ci il iyulun 7-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm