Qırmızı.az
Alimlərin istehsalatda çalışması üçün dövlət qurumu yaradılsın - TƏKLİF
"Bu gün ölkəmizdə istehsalat-təcrübəyə çıxış və bu əlaqə çox aşağıdır. Çünki bunun üçün birləşdirici sahə yoxdur".
Publika.az xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Akademiyanın ümumi yığıncağında deyib.
“Bu gün Azərbaycan alimlərinin istehsalata çıxmaq imkanları yoxdur. Әvvəllər Elm və Texnika İdarəsi var idi. Düzdür, bu qurumun fəaliyyəti çox hiss edilməsə də, o, alimlərin istehsalata çıxmasına dəstək verirdi. Elmə dəstək verən Elmin İnkişafı Fondu olduğu kimi, elmin istehsalatla əlaqəsini təmin edən struktur da yaradılmalıdır”.
A.Məhərrəmov həmçinin təhsillə istehsalat əlaqəsindən danışıb və bu əlaqənin də zəif olduğunu deyib:
"Tələbələri hansı müəssisəyə göndəririk, müqavilə olmadığına görə onları qəbul etmək istəmirlər. Düşünürəm ki, bu məsələ də qısa zamanda həll edilməlidir".
Tələbələrin xaricdə təhsilə cəlb edilməsinə toxunan A.Məhərrəmov xarici alimlərin Azərbaycanda təhsilə cəlb edilməsi istiqamətində iş aparılmasına ehtiyac olduğunu deyib.
AMEA-nın universitetlərlə əlaqəsindən danışan rektor bildirib ki, Akademiyanın 150-dən çox əməkdaşı BDU-da çalışır. Onun sözlərinə görə, bu əməkdaşlıq qarşılıqlıdır. BDU-nun da alimləri akademiyada işləyir.
Gülxar
-
Sosial21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin221:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin220:00
Məşhur aktyor vəfat etdi - FOTO
-
Magazin119:36
Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə buraxmadılar - FOTO
-
Sosial19:24
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
-
İdman19:00
Ronaldo və Messi komanda yoldaşı ola bilərlər - Prezident ŞANS AXTARIR
-
Magazin218:36
Rihanna imicini kökündən dəyişdi - FOTO