Aydın Mirzəzadə: “Azərbaycan gəncliyi istənilən nəcib məsələni həll etmək gücündədir”
Bizi izləyin

Qırmızı.az

Aydın Mirzəzadə: “Azərbaycan gəncliyi istənilən nəcib məsələni həll etmək gücündədir”

“Bu gün “28 Mall Ticarət Mərkəz”ində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə 17 yaşlı Hüseynli Nərminin müalicəsinə dəstək kampaniyasında iştirak etdim və müəyyən yardımımı etdim”.

Publika.Az-ın verdiyi xəbərə görə, bu sözləri millət vəkili Aydın Mirzəzadə Facebook səhifəsində paylaşıb.

“Kampaniya çox gur keçirdi. 50-ə qədər tələbə gənc gələnlərə Nərmin haqqında məlumat verir və pul yardımını qəbul edirdilər. Bir çox insanlar maddi yardımdan başqa kitablar və hətta paltarlar da gətirirdilər.


Azərbaycan gəncliyinin bacarığının və təşkilatçılığının bir daha şahidi oldum. Onlar qarşılarına qoyduqları istənilən nəcib məsələni həll etmək gücündədirlər”.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm