Qırmızı.az
YENİLİK - Abituriyentlər iki ixtisas qrupu üzrə müsabiqədə iştirak edə biləcək
Azərbaycanda bu il ilk dəfə olaraq, ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər iki ixtisas qrupu üzrə müsabiqədə iştirak edə biləcəklər.
Publika.az xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
Komissiya sədri qeyd edib ki, bu il həm cari ilin, həm də əvvəlki illərin məzunları artıq I-IV qruplardan biri üzrə sənəd verməsinə baxmayaraq, onların həm də V qrup üzrə ərizə vermək hüquqları var: "Bu ilin məzunları və əvvəlki illərin məzunları 4 qrupdan birinə artıq ərizə veribsə, onların V qrupa da ərizə vermək hüququ var. Amma təbii ki, bu, məcburi deyil".
Onun sözlərinə görə, cari ilin məzunları V ixtisas qrupu üzrə müsabiqəyə buraxılış imtahanları və qabiliyyət imtahanlarının nəticələri əsasında buraxılacaqlar. Əvvəlki ilin məzunları isə müsabiqəyə buraxılmaları üçün iyulun 2-də 3 fəndən - Azərbaycan dili, riyaziyyat və xarici dildən imtahan verəcəklər.
Onlar hansı qrup üzrə müsabiqədə iştirak edəcəklərinə özləri qərar verəcəklər. İxtisas seçmə vaxtı onlar elektron ərizələrində ixtisaslarını qeyd edəcəklər. Biz abituriyentlərin imkanlarını genişləndirmişik.
M.Abbaszadə iki qrup üzrə müsabiqədə iştirak etmək hüququ olan abituriyenlərin də elektron ərizələrində digər abituriyentlər kimi eyni sayda ixtisas adı qeyd edə biləcəklərini söyləyib.
O bildirib ki, orta ixtisas məktəblərinə 11 illik təhsil bazasından qəbul olmaq istəyən cari ilin məzunları buraxılış imtahanlarının nəticələri əsasında bu müsabiqədə iştirak edə bilsələr də, əvvəlki illərin məzunları olan abituriyentlər isə bunun üçün adı sadalanan 3 fəndən imtahan verməlidirlər.
Gülxar
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi