Rusiya Azərbaycana 3 yer ayırdı
Bizi izləyin

Qırmızı.az

Rusiya Azərbaycana 3 yer ayırdı

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılıb.

Publika.az-ın məlumatına görə, may ayının 15-dək 19 yaşı tamam olmayan, II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə müvafiq qaydada elektron ərizə təsdiq etmiş, attestat qiymətləri (cari ilin məzunlarının birinci yarım il üzrə qiymətləri) 4 və 5 olan Azərbaycan Respublikasının vətəndaşları müsabiqədə iştirak edə bilərlər.

Ali məktəb tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında (SQK) qeydiyyatdan keçməlidirlər (ünvan: Yasamal Rayonu, Mikayıl Müşviq küçəsi 1 m).

Qeydiyyat 2015-ci il may ayının 7-dən (şənbə, bazar və bayram günləri istisna olmaqla) may ayının 14-ü saat 15:00-dək aparılacaq.


SQK-ya ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün təsdiq olunmuş “Elektron ərizə”, əvvəlki illərin məzunları orta təhsil haqqında sənədin əslini (2015-ci ilin məzunları I yarım il üzrə qiymətlər göstərilməklə buraxılış sinfində oxumaqları haqqında arayışı), şəxsiyyət vəsiqəsini, hərbi bilet və ya çаğırışçı şəhadətnaməsini təqdim etməlidirlər.


Müsabiqə iki mərhələdən ibarətdir. I mərhələdə abituriyentlər TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. “Beynəlxalq iqtisadi əlaqələr” və “Beynəlxalq münasibətlər” ixtisasına qəbul olmaq istəyənlər II ixtisas qrupu üzrə, “Beynəlxalq hüquq” ixtisasına qəbul olmaq istəyənlər III ixtisas qrupu üzrə imtahan verirlər.


Test imtahanı 2015-ci il mayın 17-də keçiriləcək. Test imtahanında bölməsindən asılı olmayaraq abituriyentlərə test tapşırıqları rus dilində təqdim olunacaq. Abituriyentlər xarici dil fənni kimi yalnız ingilis dilini seçə bilərlər.


Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplayan, xarici dil fənnindən nisbi balı 50-dən az olmayan abituriyentlər müsahibəyə buraxılacaqlar. Müsahibə 2015-ci il may ayının 21-də keçiriləcək. Müsahibədə abituriyentlərin ümumi dünya görüşü yoxlanacaq.

Müsabiqədə ən yüksək nəticə göstərən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaq. İkinci mərhələ MDBƏİ tərəfindən Moskva şəhərində cari il iyun ayının 26-da və 30-da aparılacaq. Bu mərhələdə abituriyentlərin seçdikləri fakültədən asılı olmayaraq rus və ingilis dillərindən bilikləri yoxlanacaq.

“Beynəlxalq iqtisadı əlaqələr fakültəsi”nə qəbul olmaq istəyənlər bundan əlavə riyaziyyatdan da imtahan verməlidirlər.
İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm