Qırmızı.az
Arzu Əliyevanın filmi “National Geographic”də
Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş
“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli
filmi mayın 8-də dünyanın əksər ölkələrində yayımlanan “National
Geographic” televiziya kanalı vasitəsilə bir çox dövlətlərdə, o
cümlədən Fransada nümayiş etdirilib.
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illik
yubileyini mühüm layihə ilə qarşılamaq məqsədilə Arzu Əliyevanın
irəli sürdüyü ideya əsasında Lui Vodevilin prodüserliyi və Robert
Maqnerotun rejissorluğu ilə ərsəyə gələn sənədli filmi yüz minlərlə
fransız tamaşaçı izləmək imkanı əldə edib.
Fransız tamaşaçıları bu sənədli film vasitəsilə İkinci Dünya
müharibəsində Azərbaycan xalqının rəşadəti, Qələbənin təmin
edilməsində Bakı neftinin strateji əhəmiyyəti barədə müfəssəl
məlumat əldə ediblər.
Çəkilişi Bakı Media Mərkəzi və Fransanın sənədli film istehsalı
sahəsində tanınmış “Clarke Costelle&Co” şirkəti tərəfindən
aparılmış film İkinci Dünya müharibəsinin dəhşətləri barədə
təsəvvür oyatmaq və həmin illərin ağır dövrünü yaşamış Azərbaycan
xalqı haqqında fransızlara ətraflı məlumat vermək baxımından mühüm
əhəmiyyət daşıyır.
Filmin mayın 9-10-da həmin televiziya kanalı vasitəsilə yenidən nümayiş etdirilməsi nəzərdə tutulub.
(AZƏRTAC)
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?