I sinfə şagird qəbulu ilə bağlı apelyasiya komissiyaları yaradıldı
Bizi izləyin

Qırmızı.az

I sinfə şagird qəbulu ilə bağlı apelyasiya komissiyaları yaradıldı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2015-2016-cı dərs ili üçün I sinfə şagird qəbulu ilə əlaqədar paytaxtın 7 təhsil müəssisəsində apelyasiya komissiyası yaradılıb.

Publika.az-ın məlumatına görə, məqsəd qəbul prosesində valideynlərlə (digər qanuni nümayəndələrlə) ümumtəhsil müəssisələrində şagird qəbulunu həyata keçirən işçi qruplar arasında yarana biləcək mübahisələri həll etməkdir.

Komissiyalar mayın 13-dən iyunun 12-nə və avqustun 12-dən sentyabrın 25-dək fəaliyyət göstərəcək. Müraciətlərin qəbulu və baxılması hər həftənin III və V günləri saat 10:00-dan 16:00-dək həyata keçiriləcək. Həmin gün iş günü olmayan bayram gününə təsadüf etdiyi halda qəbul bir gün əvvəl təşkil olunacaq.

Apelyasiya komissiyaları Binəqədi-Nəsimi rayonları üzrə - Binəqədi rayonu 276 nömrəli tam orta məktəb (Naxçıvani küçəsi 38), Səbail-Yasamal rayonları üzrə - Səbail rayonu 2 nömrəli Texniki Humanitar Lisey (B. Sərdarov küçəsi 24), Nizami-Nərimanov rayonları üzrə - Nizami rayonu 32 nömrəli tam orta məktəb (Özbəkistan küçəsi 3), Qaradağ rayonu üzrə - Qaradağ rayonu 166 nömrəli tam orta məktəb (Lökbatan qəsəbəsi, Nizami küçəsi 4), Xəzər-Pirallahı rayonları üzrə - Xəzər rayonu 156 nömrəli tam orta məktəb (Şüvəlan qəsəbəsi, A. İldırım küçəsi 38), Suraxanı-Xətai rayonları üzrə - Xətai rayonu 95 nömrəli tam orta məktəb (Əhmədli qəsəbəsi, Q. Nəbi küçəsi 13), Sabunçu rayonu üzrə - 252 nömrəli tam orta məktəblərində (Bakıxanov qəsəbəsi, Gənclik küçəsi 31) fəaliyyət göstərəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm