Veteranlar Avropa Oyunlarına hərtərəfli dəstək verəcək
Bizi izləyin

Qırmızı.az

Veteranlar Avropa Oyunlarına hərtərəfli dəstək verəcək

“Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi iyunda Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hərtərəfli dəstək verəcək”.

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) sədri Füzuli Rzaquliyev Publika.az-a açıqlamasında Qarabağ savaşında iştirak etmiş minlərlə keçmiş döyüşçünün, veteranın ilk Avropa Oyunlarını maraqla izləyəcəklərini, oyunlara azarkeş kimi qatılacağını bildirib:

“Avropa qitəsində ilk oyunun məhz ölkəmizdə, respublikamızın paytaxtı Bakıda keçirilməsi fərəhləndirici haldır. Biz bu cür tarixi nailiyyətdən qürur hissi keçiririk. Ölkəmizin bu cür beynəlxalq tədbirə ev sahibliyi etməsindən yaxşı nə ola bilər? Azərbaycan Vətən müharibəsi Veteranları Birliyinin üzvləri ən mötəbər tədbirlərdən biri kimi tarixə düşəcək birinci Avropa Oyunlarını yaxından izləyəcək, oyunlara azarkeş kimi qatılmaqla idmançılarımıza mənəvi dəstək verəcəklər”.

Füzuli Rzaquliyev birinci Avropa Oyunlarına qarşı çıxanların bir sıra xoşagəlməz çağırışlarının yolverilməz olduğunu deyərək, bunun ciddi qarşılanmadığını dilə gətirib: “Bu, idman yarışı, qitə bayramıdır. İlk Avropa Oyunlarının Azərbaycan kimi inkişaf etmiş ölkədə keçirilməsinin nəyi tənqid edilməlidir ki? Əgər kimlərsə idman yarışlarını da tənqid edirsə, bu, onların məkrli niyyətlərindən xəbər verir. Onların çoxu ermənilər və ya düşmənlərimizin havadarlıq etdikləri qüvvələrdir. Belə dairələrin fəaliyyətləri hərtərəfli şəkildə Azərbaycanın əleyhinə yönəlib”.

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri onu da əlavə etdi ki, şəxsdən özü azarkeş kimi birinci Avropa Oyunlarını yaxından izləyəcək.

Qeyd edək ki, bu ictimai təşkilatın 60 mindən çox üzvü var.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm