Space və ANS cərimələnəcək- Açıqlama
Bizi izləyin

Qırmızı.az

Space və ANS cərimələnəcək- Açıqlama

Space və ANS cərimələnəcək- Açıqlama

Milli Tele Radio Şurası (MTRŞ) Space və ANS kanalını yüksək məbləğdə cərimələyə bilər.


MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədovun Movqe.az-a açıqlamasında bildirib ki, telekanallarda Azərbaycan dilinin ədəbi normalarına riayət olunmasına dair keçirilən monitorinq zamanı Space kanalında yayımlanan "Bizim mətbəx" verilişində söyüş və təhqir dolu ifadələrin səsləndirildiyi qeydiyyata alınıb.

Həmçinin ANS telekanalında efirə gedən "Ağabəyovlar" serialında da qeyri-etik ifadələrin işlədiyi monitorinq qrupu tərəfindən qeydə alınıb. Hər iki telekanala monitorinqin nəticələri açıqlanan zaman ciddi xəbərdarlıq ediləcək".


T.Məmmədov bildirib ki, həmin kanallar yüksək məbləğdə cərimələnə də bilər: "Monitorinqin nəticələri açıqlanan zaman sözügedən kanallara sərt xəbərdarlıq olunacaq. "Bizim mətbəx" və "Ağabəyovlar" serialında efirə yasaq olan ifadələrin səsləndirilməsi monitorinqin nəticələri açıqlanan zaman öz əksini tapacaq".


Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu”nun "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında Milli Televiziya və Radio Şurası və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində keçirdiyi monitorinq davam edir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm