Qırmızı.az
ƏƏSMN məişət zorakılığından zərər çəkmiş şəxslərə xidmət göstərəcək
Məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərəcək mərkəzlər barədə məlumatlar ƏƏSMN-nin saytında yerləşdirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq Komissiya tərəfindən məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün akkreditasiya olunmuş qeyri-dövlət yardım mərkəzləri barədə ətraflı məlumatlar nazirliyin rəsmi http://www.mlspp.gov.az saytında yerləşdirilib.
Publika.Az-ın məlumatına görə, mərkəzlərin
sosial xidmətlərindən istifadə etmək istəyən vətəndaşlar
qeyd olunan saytın ön səhifəsindəki “Akkreditasiya olunmuş
qeyri-dövlət yardım mərkəzləri” bölməsinə daxil olaraq, həmin
mərkəzlərin yerləşdikləri ünvanlar, telefon nömrələri, e-ünvanları
və s. barədə məlumat əldə edə bilərlər.
Xatırladaq ki, məişət zorakılığından zərər çəkmiş şəxslərə
sosial xidmət göstərilməsi üçün akkreditasiya olunmuş qeyri-dövlət
yardım mərkəzləri yaxın qohumluq münasibətlərindən, birgə və ya
əvvəllər olmuş birgə yaşayışdan sui-istifadə edilməklə törədilən
zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial
nəticələrin qarşısının alınmasına xidmət göstərirlər. Həmin
mərkəzlər eyni zamanda məişət zorakılığından zərər çəkmiş şəxslərin
sosial müdafiəsi, onların hüquqi yardımla təmin edilməsi, habelə
məişət zorakılığına səbəb olan
halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata
keçirirlər.
-
MDB11:46
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
Sosial11:38
Tərtərdə məktəblinin öldürülməsi ilə bağlı cinayət işi başlandı
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək