Qırmızı.az
Bu gün ilk qəbul imtahanı keçirilir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün
2015/2016-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə
qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III
ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.
Komissiyadan Publika.az-a verilən məlumata görə, imtahan
respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt,
Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz
şəhərlərində ümumilikdə 30 binada aparır.
İmtahanda 16070 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan
7651 abituriyent II qrup üzrə, 8419 abituriyent III qrup üzrə
imtahan verəcəkdir.
Abituriyentlərdən 15084 nəfəri (II qrup üzrə 7142 nəfər, III qrup
üzrə 7942 nəfər) Azərbaycan bölməsinin, 986 nəfəri (II qrup üzrə
509 nəfər, III qrup üzrə 477 nəfər) isə rus bölməsinin məzunudur.
Abituriyentlərin 6728 nəfəri (II qrup üzrə 4602 nəfər, III qrup
üzrə 2126 nəfər) oğlanlar, 9342 nəfəri (II qrup üzrə 3049 nəfər,
III qrup üzrə 6293 nəfər) isə qızlardır. 13336 nəfər orta
ümumtəhsil məktəblərinin, 236 nəfər ali təhsil müəssisələrinin,
2498 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 47
abituriyent xarici ölkələrin vətəndaşıdır.
Ən yaşlı abituriyent 1977-ci ildən, ən gənci isə 1997-cı
ildəndir.
Bakı şəhərində 7344, Naxçıvanda 763, Gəncədə 1837, Sumqayıtda 876,
Mingəçevirdə 681, Şəkidə 802, Ağcabədidə 725, Göyçayda 657,
Şirvanda 541, Lənkəranda 1004, Xaçmazda isə 840 abituriyentin
imtahan verəcəyi gözlənilir.
İmtahanların idarə olunmasına 117 imtahan rəhbəri və orta
ümumtəhsil müəssisələrindən 1366 nəzarətçi-müəllim cəlb
olunacaqdır.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən
test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə
olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet
saytında və facebook səhifəsində yerləşdiriləcək.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa
çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının
qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil
telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə
biləcəklər.
Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan
abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas
seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək
aparılacaq.
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ