Qırmızı.az
NİİM sürücülərə müraciət etdi
Bu gün 16:30-dan 00:00-a kimi paytaxt Bakıda bir neçə yol bağlı olacaq.
Bununla bağlı Publika.az-a Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən (NİİM) məlumat verilib.
Məlumata görə, Neftçilər prospekti ilə kəsişən bütün küçə və prospektlərdə, Heydər Əliyev prospektində Sabunçu körpüsünədək, Salyan yolu şosesinin 14-cü km-dən şəhərin mərkəzinə doğru, Mikayıl-Müşfiq küçəsi-Parlament prospekti dairəsindən mərkəzə doğru, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Niyazi, Mehdi Hüseyn, Lermontov küçələrində, Azadlıq prospektində, habelə Avropa Oyunlarının keçiriləcəyi inzibati ərazilərə bitişik küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.
Sürücülər alternativ yol kimi Sabunçu körpüsündən Bakıxanov qəsəbəsinə, Hövsan yoluna (beton yol), Lökbatan dairəsindən Kənar Dairəvi Yola, Bayıl qəsəbəsindən 20-ci sahədən istifadə etməklə Badamdar qəsəbəsinə, Xanlar və Neftçi Qurban küçələrindən istifadə etməklə Gülüstan sarayının yanındakı yola çıxa bilərlər.
Qeyd edək ki, tədbir I Avropa Oyunlarına hazırlıq məqsədi daşıyır.
Gülnar Əliyeva
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO