Qırmızı.az
FHN-in Akademiyasında beynəlxalq videokonfrans keçirilib
27 may 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “İdman-kütləvi tədbirlərin keçirildiyi yerlərdə fövqəladə halların xəbərdar edilməsi, nəticələrinin aradan qaldırılması və insanların xilas edilməsi” mövzusunda beynəlxalq elmi-praktik videokonfrans keçirilib.
Publika.az-ın məlumatına görə, beynəlxalq videokonfransa Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin Kokşetau Texniki İnstitutu, Belarus Resbublikası Fövqəladə Hallar Nazirliyinin Qomel Mühəndislər İnstitutu, Belarus Resbublikası Fövqəladə Hallar Nazirliyinin Komandir-Mühəndislər İnstitutu, Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Yenidənhazırlıq və ixtisasartırma İnstitutu, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Akademiyasının professor-müəllim heyəti qatılıb.
FHN-in Akademiyasının rəisi general-mayor Pənah Süleymanovun sədrliyi ilə keçirilən beynəlxalq videokonfransda “İlk Avropa oyunlarına hazırlıq və oyunların təşkili zamanı təhlükəsizliyin təmin olunması”, “Kütləvi tədbirlərin keçirilməsi zamanı idman qurğularının mühəndis təhlükəsizliyinin qiymətləndirilməsi və monitorinqi ”, “İdman-kütləvi tədbirlərin keçirilməsi zamanı fövqəladə halların xəbərdar edilməsinin xüsusiyyətləri”, “Mobil yanğınsöndürmə bölmələrinin yaradılması ilə idman obyektlərinin yanğın təhlükəsizliyini yüksəltmək” və digər mövzularda məruzələr dinlənilmiş, fikir mübadiləsi aparılıb.
İştirakçılar bu cür videokonfransların səmərəliliyini vurğulayaraq gələcəkdə də davam etdirilməsinin vacibliyini bildiriblər.
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR