Kəmaləddin Heydərov Siyəzəndə vətəndaşları qəbul edib - FOTO
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov Siyəzəndə vətəndaşları qəbul edib - FOTO

Bu gün fövqəladə hallar naziri Kəmaləddin Heydərov Siyəzən şəhərində Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, nazir tərəfindən qəbul edilən 22 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir. Bundan başqa, kadr məsələləri ilə bağlı 183, digər məsələlərlə bağlı müraciət etmiş 65 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunmuşdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm