Qırmızı.az
Şəmkirdə avtomobil oğrusu saxlanılıb
Publika.az Kəpəz TV-yə istinadən məlumat verir ki, Şəmkir polisi avtomobil oğurluğu ilə məşğul olan rayon sakini 47 yaşlı Bəxtiyar Əliyevi saxlayıb. B.Əliyev bir neçə gün əvvəl Şəmkir sakini Vəli Paşayevə məxsus "VAZ 2107" markalı avtomobili qaçırmaqda şübhəli bilinir.
04.03.2014-cü il tarixdə Şəmkir rayon mərkəzi bazarının
qarşısından rayon sakini V.Paşayevə məxsus "VAZ 2107" markalı "57
BH 420" dövlət nömrə nişanlı avtomobilin qaçırılması barədə məlumat
daxil olub. Dərhal keçirilən əməliyyat tədbirləri nəticəsində
avtomobilin Çinarlı qəsəbəsində yaşayan 1967-ci il təvəllüdlü
B.Əliyev tərəfindən qaçırılması müəyyən edilib və həmin şəxs
avtomobillə birlikdə saxlanılıb.
B.Əliyev polisə verdiyi ifadəsində hadisəni sərxoş halda
törətdiyini deyib. O bildirib ki, yaşadığı ünvana getmək üçün pulu
olmadığından bu yola əl atıb.
Avtomobil oğrusunun nə qədər səmimi olub-olmamasına Şəmkir polisi
hüquqi qiymət verəcək.
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi