Qırmızı.az
BMT Azərbaycanın təklifiylə razılaşdı
BMT-nin Ümumdünya Turizm Təşkilatının ötən ilin oktyabrında Səmərqənddə keçirilən iclasında Azərbaycanın təklif etdiyi qətnamə bu ilin mayın 28-29-da Xorvatiyada keçirilən iclasda qəbul edilib.
Publika.az xəbər verir ki, Azərbaycanın BMT-yə təqdim etdiyi layihə “Münaqişə zonalarının turizm sahəsində qanunsuz təbliğinin qarşısının alınması” adlanır. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyi bu gün tədbir keçirib. Tədbirdə bildirilib ki, bu qərar münaqişəli ərazilərin Azərbaycan üçün ən əsası Ermənistan tərəfindən işğal edilmiş ərazilərin xarici turizm sərgilərində və digər yollarla təbliğinin alınması üçün istinad ediləcək beynəlxalq sənəddir.
Qərar bilavasitə Turizm üzrə Qlobal Etika Kodeksinə, həmçinin BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının bütün etika prinsiplərinə əsaslanır və turistlərin təhlükəsizliyi, ölkələrin suverenliyinə hörməti təşviq edir. Bu qərar BMÜTT-nin üzv ölkələrinin xarici işlər və turizm sahəsinə məsul nazirlikllərinə, beynəlxalq turizm sərgilərinin təşkilatlarına, ölkəmizin xaricdə və xarici ölkələrin ölkəmizdəki səfirliklərinə göndəriləcək.
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda