Leyla Əliyeva atasından yazdı - FOTO
Bizi izləyin

Qırmızı.az

Leyla Əliyeva atasından yazdı - FOTO

“Mən hər zaman atamın məsləhətlərinə qulaq asıram. Atam bir qayda olaraq, heç vaxt səhv etmir".

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin qızı Leyla Əliyeva İnstagram səhifəsində yazıb.

"Bu, mənim həyatım boyu anladığım ən əsas şeydir. Bu, həqiqətən belədir! Bu, sadəcə onun mənim atam, yaxud prezidentimiz olması ilə bağlı deyil. Eyni zamanda, o heç vaxt öz fikrini zorla qəbul etdirməyə çalışmır. İndiyədək heç vaxt onun – “Bunu belə etməlisən” deməsini eşitməmişəm. O, sadəcə məsləhət verir. Son nəticədə isə onun məsləhətləri hər zaman düz olur. Bir müddət keçdikdən sonra, onun qabaqcadan dediyi nəticəyə gəlib çıxıram. Bunun onun gözüaçıqlığı, ağlı və qeyri-adi insani keyfiyyətləri ilə izah etmək olar".

Leyla Əliyeva istər Heydər Əliyev Fondu, istər ekologiya sahəsi, istərsə də “Baku” jurnalı ilə bağlı fəaliyyətində daim atası İlham Əliyevdən məsləhətlər alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm