Qırmızı.az
54 mindən çox şagird imtahan verəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 6-da buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.
TQDK-dan Publika.az-a verilən məlumata görə, imtahanda Sumqayıt, Abşeron, Mingəçevir, Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax və Oğuz şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin şagirdləri iştirak edəcək.
Həmin gün eyni zamanda Bakı şəhərinin Səbail və Nərimanov
rayonlarında yerləşən və təhsili ingilis dilində olan orta
məktəblərin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan
verəcəklər.
Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış
vərəqəsi”ni internet vasitəsilə mayın 22-dənetibarən çap edib
götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş
kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan
prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları
qaydalar və digər zəruri məlumatlar çatdırılır.
IX sinif şagirdləri üçün imtahan saat 10:00 -da, XI sinif
şagirdləri üçün isə saat 15: 00 -da başlanır.
Şagirdlər imtahana “İmtahana buraxılış vərəqəsi” və şəxsiyyəti təsdiq edən sənədin gətirməlidirlər.
IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 65 imtahan mərkəzi ayrılıb.
Həmin gün 29379 nəfərin 9-cu sinif şagirdinin imtahanda iştirakı
nəzərdə tutulur.
XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının
keçirilməsi üçün 65 imtahan mərkəzi ayrılıb. Həmin gün 24774 nəfər
11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunmasına ümumilikdə 183 imtahan rəhbəri, 2583 nəzarətçi-müəllim ayrılıb.
Gülxar
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal3 May 19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat3 May 19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI