Qırmızı.az
Xəzərin səviyyəsi niyə qalxır? – TAM MƏXFİ
“Xəzər dənizinin səviyyəsi 2030-cu ildə 1-2 metrə qədər qalxacaq”.
Bu sözləri Axar.az-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov söyləyib.
Onun sözlərinə görə, Azərbaycan alimləri Xəzərin dəqiq tarixini öyrənmirlər:
“Buna əsas şəraiti Sakit okeanda gedən El-Nino cərəyanı yaradacaq. O bizdən asılı deyil. İnsanlar tərəfindən idarə olunan silahlar. Bu silahlara sahib olanlar onlar vasitəsilə dünyanın bu və ya digər nöqtəsində istədikləri hər bir hadisəni törətmək qabiliyyətinə malikdirlər. Bununla da həmin insanlar öz siyasətlərini diktə edirlər. Karbon qazı heç vaxt atmosferi istilik səviyyəsinə gətirib çıxarmayıb. Karbon qazı minimuma ensə, Yer kürəsi mənfi 18-20 dərəcə şaxtada buzla örtüləcək. Karbon tarazlığı saxlayır. Təxminən 45-50-ci illərdə Xəzər dənizinin səviyyəsi hardasa dəniz səviyyəsindən 29 metr aşağıda idi. O zaman həmin ərazilərdə balıq istehsalı ilə məşğul olan zavodlar və digər şeylər tikirdilər. Onların hamısı 80-ci, 90-cı illərdə Xəzər dənizinin səviyyəsi qalxan zaman suyun altında qaldı. Quraqlığın baş verməsi, dənizin çəkilməsi o demək deyil ki, həmin azad olan ərazilərdə, zavod və ya başqa şey tikək. Bunların “siyasətini”, tarixini bilmək lazımdır. Biz onların heç birini öyrənməmişik. BMT-dən nə deyirlərsə, bizim alimlər də onu təkrar edirlər”.
Qeyd edək ki, alimlərin fikrincə, əsrin sonunadək dünyada dəniz səviyyəsi bir metrə qədər qalxacaq. “Dəniz səviyyəsinin qalxması 2100-cü ildə sona çatmayacaq. İstixana qazlarının planetdə enerji balansını pozmasına görə bu problem həmişə olacaq”.
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi