Qırmızı.az
Həftəsonu Bakıda hava sərin olacaq
Yaxın 3 gün ərzində Bakıda hava sərin olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, iyunun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Axşam yarımadanın bəzi yerlərində güclənəcək.
Havanın temperaturu gecə 19-23, gündüz 27-32 dərəcə isti olacaq.
İyunun 13-də də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Şimal küləyi əsəcək, gecə yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gündüz 27-32 dərəcə isti olacaq.
Ümumiyyətlə, yaxın 3 gün ərzində şimal küləyi əsəcək. Havanın temperaturu 27-32 dərəcə arasında dəyişəcək.
Azərbaycanın rayonlarında iyunun 12-də hava əsasən yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ