Qırmızı.az
Gürcüstan və Ermənistan Kürü çirkləndirir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini açıqlayıb.
Nazirlikdən Publika.az-a verilən məlumata görə,
iyun ayının II ongünlüyündə Kür çayında suyun sərfi iyun ayının I
ongünlüyünə nisbətən 35 m3/san azalaraq 353 m3/san təşkil
edib.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan
ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət
tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri
nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin
miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2
məntəqəsində 5.2, Ağstafaçayda 4, Ağstafaçay su anbarında isə 3
dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
İyun ayının II ongünlüyündə aparılan monitorinqlərin
nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2.9, I
Şahsevəndə 2.2, Bəhramtəpədə isə 2 dəfə YVQH-ni keçib.
Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə
norma daxilində tərəddüd edib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.85-6.23 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI