Qırmızı.az
Bu ixtisasların məzunlarına əlavə imkan – BDU-da
Bakı Dövlət Universiteti 2015/2016-ci tədris ilində ödənişli əsaslarla əyani formada yenidənhazırlanma təhsili almaq üçün qəbul elan edib.
Publika.az xəbər verir ki, yenidənhazırlama coğrafiya müəllimliyi, turizm və otelçilik, ekologiya, kimya müəllimliyi, biologiya, fizika, riyaziyyat müəllimliyi, informatika, tarix, Azərbaycan dili və ədəbiyyat müəllimliyi, kompüter elmləri, beynəlxalq münasibətlər, sosiologiya, jurnalistika, dünya iqtisadiyyatı, psixologiya, fəlsəfə, sosial iş ixtisasları üzrə aparılacaq.
Yenidənhazırlanma təhsili müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Bakı Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə müsabiqədə iştirak edə bilərlər.
Yenidənhazırlanma təhsili almaq istəyənlər rektorun adına ərizə, ali təhsil haqqında sənədin(diplomun) surəti və qiymət kitabçasından çıxarış (diploma əlavə - saatların miqdarı göstərilməklə), əmək kitabçasının surəti, 3x4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil, təhsil haqqını ödəmək haqqında öhdəlik müqaviləsini təqdim etməlidirlər.
Təhsil Azərbaycan və rus dillərində aparılacaq.
Qeyd edək ki, sənədlər iyun ayının 17-dən (istirahət günlərindən başqa) sentyabr ayının 30-dək saat 10:00-17:00-dək BDU-nun əsas binasında (otaq 4) qəbul edilir.
Yenidənhazırlanma təhsili almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər yenidənhazırlanma təhsilinə qəbul edilirlər.
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ