Qırmızı.az
Müəllimlərin işə götürülməsi üçün ərizə qəbulu başlandı
Bu gündən müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna başlanır.
Təhsil Nazirliyindən Publika.az-a verilən
məlumata görə, ərizələrin qəbulu 1-15 iyul tarixlərində
aparılacaq.
Bu il ümumilikdə 3511 vakant yer müsabiqəyə çıxarılıb. Həmin
yerlərin 3202-si (91 faizi) Azərbaycan bölməsi, 309-u (9 faizi) rus
bölməsinə aiddir. Ən çox vakant yer kimya (449 yer, 13 faiz),
ibtidai sinif (440 yer, 13 faiz), biologiya (387 yer, 11 faiz),
fizika (359 yer, 10 faiz) və coğrafiya (341 yer, 10 faiz) fənləri
üzrə elan edilib.
Vakant yerlərin tutulması üçün imtahanların keçirilməsi iyulun
20-26 tarixlərinə planlaşdırılır. İmtahandan keçid balını
toplayanlar müsahibələrdə iştirak edəcəklər. Proses avqustda başa
çatacaq.
Müsabiqədə iştirak etmək üçün www.edu.gov.az internet saytında
“Müəllimlərin işə qəbulu üzrə müsabiqə” səhifəsinə daxil olub
elektron ərizə doldurulmalıdır. Elektron ərizələrin qəbulu vaxtı
hər il Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir və elan
edilir.
Hər bir namizəd ixtisası üzrə ən çoxu 8 vakant yer seçə
bilər.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsində test tapşırıqlarının 80 və daha yüksək faizinə, yəni 28 və daha çoxuna düzgün cavab vermiş namizədlər keçid balını toplamış hesab olunurlar.
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü