Qırmızı.az
Qara bazarın “nisyə dəftəri”
İnsan qaldıra biləcəyi yükün altına girməlidir. Bu, xüsusilə də maddi baxımdan böyük əhəmiyyət daşıyır. Ödəyə bilməyəcəyi borca girən şəxsin sonrakı taleyi həmişə acı olur. Tarixən belə olub, indi də belədir, bundan sonra da belə olacaq.
Azərbaycanda “qara bazar”da mərc oyunları vətəndaşlar üçün əməlli-başlı ağır yükdür. Özü də bu yük onların üzərinə özləri hiss etmədən qoyulur ki, sonradan altından çıxmaq mümkünsüzə çevrilir. İnsanlar əllərində real olmayan pullarla pul qoyuluşu etdikdə böyük səhvlərə yol verirlər. Bu mənada qara bazarın öz müştərilərinə vurduğu zərbələrin həcmi ölçüyə gəlmir.
Proses isə çox sadədir. “Qara bazar” pul qoyuluşlarını əksər hallarda nisyə şəkildə - telefon zəngi və ya SMS-lə qəbul edir. Məsələn, kimsə bir komandanın qələbəsinə 500 manat yatırmaq istəyir. Hazırda bu məbləğdə maliyyəsi olmasa da, “qara bazar” nümayəndəsinə zəng edərək mərcini ona deyir. O da öz növbəsində bunu qəbul edir. Mərc tutmayanda rəqəm borca yazılır.
Adətən, pulun qeyri-rəsmi ödəniş vaxtı bir gün sonradır. Əksər hallarda maddi problemi olan borc yiyəsi nümayəndəyə zəng edərək pulun gətirəcəyini və axşam daha bir mərci qəbul etməyi xahiş edir. Cavab, təbii ki, müsbət olur və məbləğ böyüməyə başlayır.
Cibdən gedən pul nağd olmadığından “virtual” borc heç bir ağırlıq vermir. Müştəri ardıcıl pul qoyuluşları edir, məbləğ böyüyür. Bu gedişlə rəqəm o həddə çatır ki, müştəri onu ödəmək iqtidarında olmur və “nisyə dəftəri” öz qara üzünü göstərmək üçün hərəkətə keçir. Minlərlə belə fakt var ki, insanlar borclarını ödəmək üçün ev əşyalarını, avtomobilini, qiymətli əşyalarını, hətta mənzillərini belə satmağa məcbur olurlar. Hamısı da hər şey əldən çıxandan sonra “ayılır” və “mən bu duruma necə gəlib çıxdım” sualını özlərinə verirlər. Ancaq o vaxt gec olur.
Ad çəkmədən danışsaq, 2013-cü ildə Gəncə şəhərində bir bank işçisi “qara bazar”a olan borcunu ödəmək üçün oğurluğa belə getməkdən çəkinməyib. O, çıxış yolunu kassadan 132 min manatı götürərək ödəniş etməkdə görüb. İtkinin üstü qısa müddətdə açılıb. Həmin şəxs bu dəfə banka borcu qaytarmaq üçün evini və bütün qiymətli əşyalarını satmalı olub. Daha sonra işdən də çıxarılıb.
“Qara bazar”da mərc oynayan hər kəs belə real hadisələrlə üzləşən çox sayda adam tanıyır. Tanıyır və baş verənlərdən nəticə çıxarmağa çalışırlar. Gözlə görülməyən hətta 1 manat belə sonradan min, on min dəfə böyüyə, bəlaya səbəb ola bilər.
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika2 Yanvar 20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin12 Yanvar 20:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin12 Yanvar 19:36
“Çıxışlarım son anda təxirə salınır”