Qoroskop
Astroloji proqnoz - 29 iyul
QOÇ – Gərgin məqamlarla dolu olan bu günün ilk yarısını təmkinlə başa vurmağa çalışın. Bütün vacib işlərin həllini növbəti aya saxlayın. Konkret olaraq bu günsə, səhhətinizi qoruyun.
BUĞA - Nə qədər sadə görünsəniz, ulduzların yanında hörmətiniz də bir o qədər çox olar. Sizə ehtiyac duyanlara kömək göstərin. Saat 16-dan sonra riskli işlərə aludə olmayın.
ƏKİZLƏR - İyulun sonuna doğru bürcünüz üçün daha çox maddi cəhətdən uğurlu keçməlidir. Bu gün həm də gözləmədiyiniz istiqamətlərdən təkliflər alacaqsınız. Düşünmədən razılıq verməyin.
XƏRÇƏNG - Astroloji göstəricilərə inansaq, səhhətlə bağlı müəyyən problemləriniz gözlənilir. Odur ki, qidalanma zamanı ehtiyatlı olmalı, xəsarət törədə bilən işlərdən daşınmalısınız. Hündürlüyə çıxmayın.
ŞİR - Ailə-sevgi münasibətlərində vəziyyət qənaətbəxş olsa da, həmkarlarınızla aranızda soyuqluq yarana bilər. Bu amili nəzərə alıb verdiyiniz hər sözə əməl etməyə çalışın. Kimisə aldatmayın.
QIZ - Bütün vacib işlərinizi saat 16-ya qədər yekunlaşdırın. Əgər bu proses sonrakı müddətə qədər uzansa, münaqişəli situasiyalara cəlb oluna bilərsiniz. Qazanmaq ehtimalınız böyükdür.
TƏRƏZİ - Bu gün istənilən məsələdə risk etmək sizə zərər verə bilər. Odur ki, hansısa addımı atmazdan qabaq yüz ölçüb bir biçin. Müştərək fəaliyyətə başlamaq üçün bu təqvimdən yararlanın.
ƏQRƏB - İşlə bağlı yeniliklər yolunuzu gözləyir. Bu istiqamətdə sizə dəstək verənlər də tapılacaq. Günün ikinci yarısında birgə fəaliyyət planları haqqında götür-qoy etməyə dəyər.
OXATAN - Ən başlıcası özünüzü mübahisədən qorumaqdır. Bunu bacarsanız, narahatçılığınız olmayacaq. İşgüzar sövdələşmələrdə iştirak etmək, problemləri birgə həll etmək üçün uğurlu məqamdır.
OĞLAQ - İxtiyarınızda olan bu təqvimi sakit tərzdə başa vurmağa çalışın. Özünüzü gərginliyə sürükləməyin. Nəzərə alın ki, gün ərzində mənfi enerjili Ay bürcünüzdə olacaq. Qisas vaxtı deyil.
SUTÖKƏN - Əsas diqqəti fəaliyyətə yönəldin. Bəzi üzdəniraq dostlarınızla sonrakı münasibətləri konkretləşdirin. Xəyanəti bağışlamadığınız kimi, özünüz də etməyin. Uzaq yola çıxmaq məsləhət deyil.
BALIQLAR - Havalar nə qədər qaynar olsa da, fəaliyyətinizə ara verməyin. Çünki bütün astroloji qaynaqlar bu təqvimdə uğurlu karyeraya yetişmək şansınızdan xəbər verir. Təşəbbüskar olun.
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?