Astroloji proqnoz - 25 iyun
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 25 iyun

Qoç - İşləyin, əməyinizdən həzz almağa başlayacaqsınız. Qətiyyətli, zəhmətkeş, məntiqli davransanız, seçdiyiniz yöndə uğur qazana bilərsiniz.İşdəki problemləri evə daşımayın.

Buğa - Narahat olmayın, təşvişə düşməyin. Əsassız və səbəbsiz həyəcan günü korlaya bilər. Mühüm məsələləri özünüz həll etsəniz, ikinci dərəcəli və xırda problemlərin həllini etibar etdiyiniz insana tapşırsanız, işdə uğur əldə edə bilərsiniz.

Əkizlər - Başladığınız işləri yarımçıq qoymayın.Valideynlərlə uşaqlar arasında anlaşılmazlıq olarsa, səbrli davranın, münaqişəyə imkan verməyin.

Xərçəng - İşlərə məsuliyyətli və diqqətli yanaşın, tələsən insanların yol verdikləri səhvləri təkrarlamayın. Alış-verişdə simiclik etməyin.

Şir - Başqalarının bacarmadıqları işin öhdəsindən gələ bilərsiniz. Başa vuracağınıza ümid etmədiyiniz işlərdə ciddi irəliləyiş ola bilər.

Qız - Nə istədiyinizi dəqiq müəyyənləşdirin.Səhər saatlarında vəziyyət bir qədər əsəblərinizi korlayacaq. Nikbin olun. Belədə bir çox sədləri dəf edə bilərsiniz.

Tərəzi - Gün xoş görüşlər vəd edir. Köhnə dostla səmimi söhbət yaşananlara fərqli aspektdən baxmağa imkan verəcək. Səyahət məsləhət deyil.

Əqrəb - Səhər saatlarında günün uğursuz olacağını düşünə bilərsiniz. Amma az sonra situasiya dəyişəcək. Günün ilk yarısından müstəqil fəaliyyət və təkbaşına iş üçün istifadə edin.

Oxatan - Hər sahədə və hər işdə hamıdan yaxşı olmağa çalışsanız da, bu, mümkün deyil. Çoxdan bəri görüşmək istədiyiniz, darıxdığınız insanla günün ikinci yarısında görüş istisna deyil.

Oğlaq - Xırda məsələlərə və önəmsiz detallara həddən artıq fikir verməyin. Aktiv olun, qətiyyətli addımlar atın.

Axşam saatlarında istirahət edin.

Dolça - Bu gün qəflətən atacağınız addımlar və qəbul edəcəyiniz qərarlar uğurlu ola bilər. İşdə həmkarlarla fikir ayrılığı, münaqişə istisna deyil. Axşam saatlarında açıq havada gəzintiyə çıxın.

Balıq - Gözlənilmədən işgüzar təklif ala bilərsiniz. Böyük, ya da gəlirliyi layihədə birgə işə və ya əməkdaşlığa cəlb oluna bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm