Qoroskop
Türkiyə dağılacaq, ruslar yox olacaq proqnozu doğrudur
Yunan keşişi Paisiy Svyatoqoreçin öncəgörmələrində Rusiyanın Türkiyəni tutacağı, hətta onun xəritədən silinəcəyi, kürdlərin və ermənilərin onun ərazisini alacağı barədə fikirləri son günlər istər yerli, istərsə də xarici mətbuatın gündəminə çevrilib.
Türkiyənin Kapadokya vilayətində doğulan və 1994-cü ildə ölən keşişin fikirlərinin məhz Türkiyə-Rusiya münasibətlərinin pozulduğu vaxtda gündəmə gəlməsi birmənalı qarşılanmadı. Bəzi fikirlərə görə, bu münasibətlərin kökünün pozulması siyasi məqsədlərlə bağlıdır. Bunu hər hansı keşişin iddiaları ilə əlaqələndirməyi doğru qəbul etmirlər. Bəzi fikirlərə görə, bu, keşişlər, öngörücülər tərəfindən gerçəkləşdirilməsi planlaşdırılan ideyalardır.
Qeyd edək ki, ölümündən sonra Yunanıstanda haqqında film çəkilən keşiş Paisiy Svyatoqoreçin Yaxın Şərqlə bağlı öngörmələri gerçəkləşib. Bəs Türkiyənin dağılması, Rusların Qərblə müharibə etməsi, Çin ordusunun Fərat çayını keçərək Qüdsə çatacağı ilə bağlı fikirlər nə qədər realdır?
Astroloq Firudin Qurbansoy Publika.az-a açıqlamasında bu xəbərləri ciddi qəbul etməyi tövsiyə edib. Onun sözlərinə görə, belə məlumatların gündəmə gəlməsi əslində, Xaç yürüşlərinin davamı hesab edilməlidir.
"II Nikolay Türkiyə ilə müharibə edib İstanbulu tutmalı idi. Lakin özü devrildi, planlarını gerçəkləşdirə bilmədi. Lakin bu ideya ləğv edilmədi, bolşeviklərin arxivinə keçdi. Lenin özü də bu planı icra etmək istəyirdi. I Pyoturun vəsiyyətində İstanbula sahib olanın dünyaya sahib olduğu qeyd olunub. Ümumiyyətlə, İstanbul yerləşdiyi ərazi baxımdan bir çox ölkələrin marağında olub. Bundan başqa, Ayasofya provaslavların müqəddəs saydığı məkandır. Onlar üçün həddən artıq müqəddəs sayılan inanc yeridir. Ona görə də, Türkiyəni tutmaq rusların ən qədim arzularından biridir. Bunun üçün 3 dəfə mürahibə edib qalib gəlsələr də, İstanbula sahib ola bilməyiblər. Lakin bu ideya hər zaman onların süuraltında olub".
F.Qurbansoy hesab edir ki, bu fikirlərin məhz Türkiyə-Rusiya münasibətlərin pisləşdiyi dövrdə gündəmə gəlməsi məqsədli bir addımdır: "Bu xəbərlərlə fon yaratmaq, xüsusən, provaslavlarda bu istiqamətdə fikir oyatmaq istəyirlər. Bu ideyanın hələ də, mövcud olduğunu, yaşadığını, icra etməyə hazır olduqlarını göstərməyə çalışırlar. Məqamı düşəndə bu ideyanı icra edəcəklər. Bu fikri məhz provaslav keşişin dilindən təqdim etməkdə də xüsusi məqsəd var. Bu fikirlər insanlarda rəy yaratmaq məqsədi daşıyır".
Gülxar
-
Qoroskop01:40Günün ulduz falı: diqqətsizlik itkiyə səbəb olacaq
-
Nida Xəbər 20 Aprel 23:00Sumqayıtda işdən çıxarılan baş memarın yerinə yeni təyinat
-
Hadisə20 Aprel 22:32Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var
-
Elm və təhsil20 Aprel 21:39Azərbaycanda III ixtisas qrupu ləğv olunur?
-
Hadisə20 Aprel 20:24Kür çayı daşdı - Samuxda əkin sahələrini su basdı
-
ABŞ20 Aprel 19:00İranla razılaşma bu gün axşam imzalanacaq - Tramp
-
Nida Xəbər 20 Aprel 18:50Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər - Açıqlama
-
Rəsmi xronika20 Aprel 17:28İlham Əliyev fərman imzaladı



































