Qoroskop
ŞOK İDDİA - Ulduzlarda da həyat ola bilər - VİDEO
Belqrad rəsədxanasının fizik və astrobioloqu Milan Sirkoviç bu yaxınlarda kənar sivilizasiyaların axtarışlarına aid yeni yanaşma təklif edib. O hesab edir ki, ulduzlarda da həyat ola bilər. Ulduzlardan saçan işıq isə çox güman ki, qondarma qaz nəhəngləridir.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bəzi futuroloji və elmi-fantastik əsərlərdə ulduzlarda həyat olması haqqında söhbətlər açılır. Belə ki, Artur Klarkın 1982-ci ildə çıxan "2001:Kosmik Odissey" novellasında Yupiter süni şəkildə kiçik bir ulduza transformasiya olunur, onun nəticəsində Avropada iqlim kəskin dəyişir və o, cəngəlliklərlə örtülür.
Bu ideya Britaniya fiziki Martini Fiqqu çox ruhlandırdı. 1989-ci ildə o, "Yupiterin ulduza çevrilməsi: Qaliley peyklərinin terraformalaşdırılmasında ilk addım" (terraformalaşdırılma - planetlərin, peyklərin və digər fəza cisimlərinin atmosferinin, temperaturunun və ekologiyasının insan yaşası üçün yararlı vəziyyətə gətirilməsi. Müasir dövrdə bu təklif ancaq nəzəriyyə kimi mövcuddur) mövzusunda yazdığı elmi işini dərc edib. Bu əsərdə o, Yupiteri mini-şüaya çevirə biləcək real metodlar təklif edib.
Foqqa nəzəriyyəsinə əsasən, kütləni Yupiterin mərkəzinə yönəltmək üçün əvvəlcə gərək miniatür qara dəlik yaratmaq lazım idi. Bu, nəhəng qaz enerjisinin cazibə qüvvəsini çıxara bilər. Enerji proseslərinin fəaliyyəti və enerjinin azad olunması nəticəsində nəhayət ki, ulduz şüalanmanın digər növləri kimi Yupiterin bütün sahələri dağıla bilər. Əgər Yupiter ulduz olsaydı, onda onun peykləri də transformasiya proseslərinə məruz qalar və bəlkə də həyat üçün yararlı fəzaya çevrilərdi. Bundan başqa, insanlar onun enerjisini ələ keçirmək üçün Yupiterin ətrafında müəyyən Dayson sferası qura bilərdi.
Sirkoviçin fikrincə, Foqqun konsepsiyası yaşayış əlverişlidir və istisna deyil ki, yüksək qabaqcıl sivilizasiyalar analoji bu layihəni artıq həyata keçirib: "Əgər ulduz obyektlərin yanında başqa peyklər və digər planetlər olarsa, (biz isə bu yaxınlarda qəhvəyi cırtdanların yanında artıq bu planeti tapmışıq) - həmin meydança yaşayış üçün daha əlverişli yerlər ola bilər. Niyə güman eləməyək ki, "bizim yadplanetli qardaşlarımız" qara dəliklərin yaradılması və onları idarə etmək üsulunu artıq öyrənib? Və niyə biz də bu metodu öyrənməyək?"
Sirkoviç xəbərdarlıq edir ki, ulduzlarda süni qara dəlikləri açmaq çox təhlükəli, hətta riskli ola bilər. Eləcə də hansısa yanlış və ya qərəzli hərəkətlər qara dəliyin Yerə çökməsinə gətirib çıxara bilər. Bu isə planetar miqyaslı fəlakətə gətirib çıxaracaq. Yupiterin ulduza çevrilməsi həqiqətən mümkün olarsa, bizim üçün hər şey çox yaxşı olmaya da bilər.
Alim hesab edir ki, ulduzların tamamlayıcı mərhələlərindən, təxminən 100 milyon il sonra dəyişdirilmiş Yupiter son dərəcə parlaq və olduqca qeyri-sabit ola bilər: "Bu da dolayısı ilə qalan Günəş sisteminin mövcudluğunu sual altına qoya bilər, bəlkə də həmin vaxt sistemlər onunla bir yerdə olmayacaq. Hələlik isə biz digər sivilizasiyanın planeti ulduzlara çevirmək iqtidarında olduğunu nəzərə almalıyıq. İlk növbədə, çox kiçik ölçülü və planetin ikili sistemlərdə yerləşən ulduzları araşdırmaq lazımdır".
Ən çətini planetarda proseslərin təbii və ya süni olmasını müəyyən etməkdir. Belə ki, ötən ilin oktyabr ayının ortalarında qu bürcündə yerləşən KIC 8462852 ulduzlarının işıqlanmasında qeyri-adi çalxalanma qeydə alınıb. Alimlər bunu təbii səbəblərlə izah edə bilməyib. Planet Huntersin könüllüləri diqqət yetiriblər ki, ulduzun işığı müntəzəm olaraq qaralır. Bu, adətən diskin qarşısından parlaq planetin keçməsini göstərir.
Məlumdur ki, ən iri planetlər ulduzların şüalanmasının bir faizini blok edə rədd edə bilər, lakin bu halda o, dövrlərdə öz parlaqlığının 20 faizə qədərini itirə bilər! Bundan əlavə, əgər məsələ planetdədirsə, o zaman qaraltılar müntəzəm olmalıdır, bununla belə onlar nizamsızdır. Şüalanma fasiləli dəyişikliklərlə 80 gündən 5 günədək ola bilər. Lakin az-çox tutarlı sübutlar tapmaq ki, bu, yadplanetli sivilizasiyasının işidir, həm də bunu müəyyən etmək hələ də mümkün olmayıb. Təəssüf ki, digər ulduz sistemlərinin potensial sakinlərinin nə ilə məşğul olduğunu görmək üçün onları bizdən çox böyük məsafə ayırır.
Aytən
-
Sosial12:40Bakı metrosunun bütün stansiyalarına giriş məhdudlaşdırıldı
-
İqtisadi gündəm12:14Rusiyada əhaliyə şad xəbər: Kartof ucuzlaşır - Azərbaycana təsir edəcək?
-
Nida Xəbər 11:57Vardanyan Ermənistanın ombudsmanını Bakıya çağırdı: Həyat yoldaşı da gələcək
-
Dünya11:22İranla münaqişədən sonra ABŞ-ın dünyadakı rolu: Ağlabatan bir şəxs prezident olarsa...
-
Hadisə10:50“Zelenoqrad Çikatilosu” öldürüldü: Qadın qatilini Ukrayna ordusu məhv etdi
-
Dünya10:30Trampa qarşı şok iddia: Çıxışlarından bir neçə saat əvvəl...
-
MDB09:24Donbas şaxtaları uğrunda döyüş: Rusiya strateji nöqtələri ələ keçirdi
-
İdman09:12Rəhim Həsənov niyə istefa vermir?














.png)






















