Qoroskop
Astroloji proqnoz - 22 avqust
Qoç - maddi məsələlərdə realist olun, illüziyalara qapılmayın. Bu yaxınlara qədər maraqlandığınız məsələ artıq ikinci dərəcəli məqam təsiri bağışlaya bilər. Tələsik qərarlar, yanılmalar sonradan ağır fəsadlar yarada bilər.
Buğa - inandığınız insanın müdrik məsləhətindən yararlanın. Daxili durumunuz stressdən qurtulmağınızı tələb edir. Axşam saatları sadə olmayacaq. Normal istirahət etməyə çalışın. Qüvvələrinizi maksimal dərəcədə bərpa edin.
Əkizlər - fəaliyyətinizdə rasional olun. Hisslərinizdəki laübələr işlərinizə təsir etməməlidir. Mümkün qədər tez həll etməyə çalışdığınız məsələlələrin çözümü ilə məşğul olun. Əvvəlki günlərlə müqayisədə daha çox güzəştlər etməli olacaqsınız.
Xərçəng - hadisələrə təsir imkanlarınız məhdudlaşacaq. Dəyişikliklərin mənasını, proseslərin məğzini anlayın. Qərarlarla yanaşı, informasiya alınmasında aktiv olun. Maddi məsələlərdə gözləntiləriniz doğrulmayacaq. Perspektivlər tam aydın deyil.
Şir - günün ilk yarısında yaşananlar sizdə gərginlik hissi yarada bilər. Rəqiblər bütün qaydaları pozacaq, məqsədlərinə çatmaq üçün istənilən vasitədən istifadə edəcəklər. Cavab tədbirləri hazırlayın.
Qız - vicdanınıza xilaf çıxmayın, ədalətli olun. Gün yaxşı şanslar vəd edir. Amma bununla belə, bəzi problemlərin həllində çətinliklər yarana bilər. Gördüyünüz işlərdə ciddi, fəsadlı nöqsanlara yol verməyin. Təfərrüatlara və detallara barmaqarası baxmayın.
Tərəzi - avantüralara qatılmayın. Konstruktiv məsələlərin müzakirəsi üçün yaxşı zamandır. Əlaqələri bərpa edin. Maliyyə məsələləri aktuallaşacaq. Yardıma ehtiyacı olan insanlara diqqətlə yanaşın. Emosional travmaya uğramayın.
Əqrəb - yeni ideyalar, qüvvələr və dəstək olacaq. Başladığınız işdə uğur qazana bilərsiniz. İndiyədək tam sürətlə hərəkət etdiyiniz sahələrdə aktivliyinizi bir qədər azaldın. Zəif mövqeləri gücləndirin.
Oxatan - situasiya sizdən qəti qərar, vidalaşma, bəzən isə niyyətlərdən əl çəkməyi tələb edə bilər. Asılılıqlarınızın birindən qurtulun. Rasionunuzun sağlam olmasına çalışın. Şəxsi münasibətlərdə vəziyyət pis deyil. Axşam saatlarında nisgilli hisslər yarana bilər.
Oğlaq - mühüm saydığınız məsələlərdən biri ilə bağlı danışıqlar aparın. Emosional gərginliyə rəğmən sakit, təmkinli olun. Təxribatlara uymayın. Sizi münaqişəyə cəlb etmək istəyəcəklər. Gərəksiz məqamlardan imtina edin, lazımsız əlaqələrə son qoyun.
Dolça - dəyər verdiyiniz insanlardan biri ilə mühüm söhbət olacaq. Münasibətlərdə dəqiqləşdirmələrə ehtiyac var. Ev işlərinin sayı adi günlərlə müqayisədə artacaq. Alış-verişdə çox pul xərcləməyin.
Balıqlar - hadisələrə təsir imkanlarına malik insanlarla əlaqələri yenidən qiymətləndirin. İnandığınız insanla yeni layihənin icrasına başlamaq olar. Cari proseslərə təsir etməklə hadisələrin məcrasına korrektələr edin. Planlara riayət edin. Yaranan insanları və aldığınız təklifləri dəyərləndirin.
Milli.az
-
Dünya10:02
Ərdoğandan dünyanın gələcəyi ilə bağlı kritik açıqlama: Qarşıdakı 2-3 ayda...
-
Yaxın Şərq09:20
Suriya müxalifəti hücum barədə Türkiyəni 6 ay əvvəldən məlumatlandırıb - Şok detallar üzə çıxdı
-
Ekologiya08:40
Yağıntılı hava şəraiti bu tarixədək DAVAM EDƏCƏK
-
MDB08:36
Rusiyada GÜCLÜ VULKAN - Aviaşirkətlərə xəbərdarlıq edildi
-
Magazin208:24
Mükafatı övladlarından aldı, AĞLADI - FOTO
-
Sağlamlıq07:47
Bədənin ağır işə qarşı "üsyanını" necə yatırmaq olar - Həkimdən XƏBƏRDARLIQ
-
Ekologiya07:17
Bakıda yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI
-
Region06:16
Suriya məsələsi ANKARANIN GÜNDƏMİNDƏ - Fidan təzəlikcə kimlərlə danışıb?