Qoroskop
Alimlərdən ŞOK AÇIQLAMA: Okeanların səviyyəsi 3,5 metr yüksələcək
XXI əsrin sonunda dünya okeanlarının səviyyəsi 3,5 metr yüksələ bilər. Bu, planet əhalisinin 20 faizindən çoxunun yaşadığı sahil şəhərlərinə xeyli təsir göstərəcək.
Bu proqnozu Rusiya Elmlər Akademiyası Şurasının "Dəniz sahilləri" işçi qrupunun sədri Leonid Jindaryov açıqlayıb. O deyib: "Biz iqlimin istiləşməsi dövründə yaşayırıq. Bu proses Şimal yarımkürəsində, Arktik regionda daha çox nəzərə çarpır. Buzlaqların əriməsi dəniz səviyyəsinin yüksəlməsi ilə nəticələnir. Dünya okeanlarının səviyyə artımının üç variantı var: maksimal 3,5 metr, orta 1-1,5 metr və minimal - 1 metr. Biz orta səviyyəni əsas götürürük".
L.Jindaryov qeyd edib ki, maksimum həddə çatma ehtimalı az olsa da, risklər var.
Tədqiqatlara görə, hazırda okeanların səviyyəsi hər il orta hesabla 3 millimetr yüksəlir. Amma L.Jindaryovun qeyd etdiyi kimi, yüksəlmə sürətinin artması tendensiyası müşahidə olunur. Alimin fikrincə, sahil şəhərləri üçün bu, çox ciddi problemdir. Artıq iqlimin təsiri ilə bir çox şəhərlərin sahil zolağı azalıb. L.Jindaryov nümunə kimi Sankt-Peterburq şəhərini və Kalininqrad vilayətini qeyd edib. "Şimal paytaxtı"da fırtına nəticəsində çimərlik zolağı kəskin surətdə qısalıb, Kalininqradda isə artıq çimərliklər qalmayıb.
Alim süni sahil zolaqlarının yaradılmasını təklif edib. (Azərtac)
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı































.jpg)


