Qoroskop
Sensasiyalı açıqlama: Yerin əkizi AŞKARLANDI - VİDEO/FOTO
Avropa Cənub Rəsədxanasının (ESO) astronomları Günəşə ən yaxın ulduzun yanında Yerin "əkiz"i sayıla biləcək planet aşkarlayıblar. Bu daşlıq-qayalıq ekzoplanetdə yaşam ola bilər.
Milli.Az Nature-a istinadən bildirir ki, "Proxima b" adı verilmiş ekzoplanet Yerdən 1,3 dəfə ağırdır və Proksima Sentavra ulduzunun ətrafında 11,2 dövrlük orbitdə fırlanır. O, ulduzdan 0,05 astronomik vahid (7,5 milyon kilometr) aralıdadır.

Ulduza yaxın olmasına rəğmən "Proxima b" planetində yaşamın olması ulduzun xassələri ilə bağlıdır. Belə ki, qırmızı cırtdanlar qrupuna daxil olan Proksima Sentavra ulduzunda səthdəki temreratur Günəşlə müqayisədə 2, kütlə isə 10 dəfə aşağıdır.
Parametrlərin belə kombinasiyası o deməkdir ki, həmin ulduzun yaxınlığındakı planetlər üçün yaşam zonası 0,04-0,08 astronomik vahid intervalındadır. Səma cismi bu zaman ulduz ətrafında 9,1-24,5 gün ərzində tam dövrə vurmalıdır.

"Proxima b" planeti bu göstəricilərə tam cavab verdiyindən sözügedən ekzoplanetdə suyun və yaşam üçün gərəkli şərtlərin olduğu şübhə doğurmur.
ESO astronomları ulduz spektrinin dopler yayılmasını
araşdırıblar. Bu yayılma planetin cazibə təsiri ilə bağlıdır.
Yeni planet Günəşdən 4,24 işıq ili məsafəsindədir.
Proksima Sentavra ulduzu Alfa Sentavra ilə birlikdə Günəşə ən yaxın üçlü sistemi formalaşdırırlar. Həmin ulduzlara lazer yelkənli nanopeyklərin göndərilməsi nəzərdə tutulur.
"Proksima b" aşkarlanana qədər Yerə ən yaxın, yaşam üçün yararlı
planet İlandaşıyan ulduz topasındakı "Wolf 1061c" hesab olunurdu.
Bu planetə Yerdən olan məsafə 13,7 işıq ilidir.
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı































.jpg)


