Qoroskop
Səbuhi Rəhimlidən mayın 19-na olan astroloji proqnoz
QOÇ - O qədər də uğurlu gün deyil. Bir tərəfdən ətrafınızda lazımi adamların olmaması, digər tərəfdənsə əsəbi situasiyalar ovqatınızı korlaya bilər. Bacardığınız qədər istirahət edin.
BUĞA - Ulduzların düzümü səhhətinizlə bağlı bəzi problemlərlə rastlaşa biləcəyinizdən xəbər verir. Bu səbəbdən də orqanizminizə zidd olan işlərdən yayınmalısınız.
ƏKİZLƏR - Maraqlı görüşlər və sövdələşmələr yolunuzu gözləyir. Bir qədər qətiyyətli olun. Bədxah adamlara qarşı rəhmli olmaq o qədər də səmərəli deyil. Ulduzlar qidanıza fikir verməyi məsləhət görür.
XƏRÇƏNG - Yeni əlaqələr yaratmaq üçün ideal ərəfədir. Çox güman ki, bir neçə yeniliyin şahidi olacaqsınız. Sevindirici təkliflər də labüddür. İmkan daxilində ziyarətgahlara üz tutun.
ŞİR - Bütün enerjinizi fəaliyyətə istiqamətləndirin. Çünki yaxın perspektivləriniz bugünkü addımlarınızdan birbaşa asılı olacaq. Daşınmaz əmlak alqı-satqısı ilə bağlı sövdələşmələrə getməyin.
QIZ - Bu mülayim təqvim sizin üçün həddindən ziyadə uğurlu keçməlidir. Ürəyinizcə olan şəxslərlə rastlaşmağınız, eləcə də təzə xəbərlər eşitməyiniz sizi sevindirəcək. Riskdən qorxmayın.
TƏRƏZİ - Astroloji göstəricilər işgüzar səfərlərə çıxmağınızda qəbahət görmür, xüsusən də əgər bu, yeni fəaliyyətlə bağlıdırsa. Başqa məsələlərdə isə neytral qalmağınız məqsədəuyğundur.
ƏQRƏB - Saat 13-ə qədər sakit şəraitdə olmağınız vacibdir. Riskli iş görmək, səfərə çıxmaq yolverilməzdir. Əks təqdirdə əsəbi məqamlar yaşayacaqsınız. Axşam sevdiyiniz şəxslərlə görüşün.
OXATAN - Təxminən saat 15-ə qədər ümumi ovqatınız xoş olacaq. Ünsiyyətdə olduqlarınız sizi anlayacaq. Sonrakı müddətdə isə ciddi və böyük mübahisələrə cəlb olunacağınız gözlənilir.
OĞLAQ - Göy qübbəsi yalnız ev-eşiklə məşğul olmağınızı tövsiyə edir. Digər işləri isə hələlik təxirə salmağınız məsləhətdir. Yaşca sizdən kiçik olanların qayğısına qalın.
SUTÖKƏN - İxtiyarınızda olan bu təqvimdə üzərinizə böyük öhdəliklər düşür. Nəticənin uğurlu olacağını nəzərə alıb yorulmaqdan çəkinməyin. Kənar müdaxilələrə isə ciddi reaksiya verməyin.
BALIQLAR - Əgər bizneslə məşğulsunuzsa, bu gün bəxtiniz gətirə bilər. Çünki bütün göstəricilər uğurlu işbirliyi yaradacağınızdan, həmçinin varlanmağa başlayacağınızdan xəbər verir.
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi