Qoroskop
Astroloji proqnoz - 22 avqust
Qoç - əmr vermək, rəhbərlik etmək, kiməsə
nəyisə tapşırmaq istəyirsiniz. Lakin uğur üçün bütün bunlar yetərli
deyil. İşinizi özünüz görməlisiniz.
İşləyin və əməyinizdən həzz almağa başlayacaqsınız.
Son vaxtlar doğru istiqamət seçdiyinizlə bağlı müəyyən şübhələr
vardı. Bu gün həmin şübhələrə qəti cavab alacaqsınız.
Qətiyyətli, zəhmətkeş, məntiqli davransanız, seçdiyiniz yöndə uğur
qazana bilərsiniz.
İşdəki problemləri evə daşımayın. Ailə üzvlərinizlə amiranə şəkildə
danışmayın. Onlarla səmimi, həlim olun.
Buğa - narahat olmayın, təşvişə düşməyin. Əsassız
və səbəbsiz həyəcan pis olmayan günü korlaya bilər.
Mühüm məsələləri özünüz həll etsəniz, ikinci dərəcəli və xırda
problemlərin həllini etibar etdiyiniz insana tapşırsanız, işdə uğur
əldə edə bilərsiniz. Sənədləşdirmədə problemlər yarana bilər.
Bürokratik əngəlləri və məmurların uydurma bəhanələrini qət etmək
asan deyil.
Axşam saatları xoş sürpriz, maraqlı görüş vəd edir. Qəfil vizit ola
bilər. Qonaqlar sizi sevindirəcək.
Kulinar eksperimentlər əhvalınızı yaxşılaşdıra bilər.
Əkizlər - gün asan və sadə olmasa da, uğurdan xali
deyil.
Başladığınız işləri yarımçıq qoymayın. Hansısa istiqamətdə
məqsədinizə nail ola bilməsəniz, inad etməyin.
Yaşamın özü bundan sonra hansı istiqamətdə hərəkət etməyin
gərəkdiyini və nə etmək lazım olduğunu bildirəcək. Sizə qalan
intuisiyanın dediklərini dinləməkdir.
Huşyar olun. Valideynlərlə uşaqlar arasında anlaşılmazlıq olarsa,
səbrli davranın, münaqişəyə imkan verməyin.
Axşam saatlarında sakit olmağa çalışsanız da, dəvət aldığınız yerə
getmək lazımdır.
Xərçəng - həddən ziyadə ətalətli və astagəl
olmayın. Nə etdiyinizi, nəyə can atdığınızı, hansı planı
reallaşdırdığınızı dəqiqləşdirin.
Az sonra hadisələrin axarı göstərəcək ki, tələsmək gərək deyilmiş.
İşlərə məsuliyyətli və diqqətli yanaşın, tələsən insanların yol
verdikləri səhvləri təkrarlamayın.
Gəlir, mənfəət istisna deyil.
Alış-verişdə simiclik etməyin. Axşam saatları romantik münasibətlər
və təmaslar üçün əlverişlidir.
Bir qədər tənha qalmaqda da xeyir var.
Şir - başqalarının bacarmadıqları işin öhdəsindən
gələ bilərsiniz. Amma eyforiyaya qatılmayın, qəhrəmanlıq etmək,
"dünyanı qurtaran adam" kimi görünməyə çalşımayın.
Başa vuracağınıza ümid etmədiyiniz işlərdə ciddi irəliləyiş ola
bilər. Yaxın ətrafınızdakı insanlardan birinin gerçək siması sizə
əyan olacaq.
Şəxsi münasibətlər müstəvisində düşərli gündür. Təmaslarınızdakı
rəvanlığı və harmoniyanı pozan müşkülü bu gün çözə bilərsiniz.
İstənilən situasiyada təbii olun, yalan danışmayın.
Qız - nə istədiyinizi dəqiq müəyyənləşdirin. Günün
hadisələri nə vaxtdan bəri qəlbinizdə gəzdirdiyiniz istəyin
gerçəkləşməsinə rəvac verir.
Amma istəklər çox olmamalıdır. Səhər saatlarında vəziyyət bir qədər
əsəbi və nevrozdur. Yaranan problemlər o qədər ciddi deyil ki,
təbdən çıxaraq sinirlənəsiniz, həyəcanlı addımlar atasınız.
Nikbin olun. Belədə bir çox sədləri dəf edə bilərsiniz.
Bədbin, özünə əmin olmayan insanlar sizdən yardım gözləyirlər.
Onları dəstəkləyin, amma müftəxorluq edərək sizdən sui-istifadə
etmələrinə imkan verməyin.
Nüfuzlu şəxslərlə təmaslarda həssas və diqqətli olun. Maraqlar
toqquşması riski var.
Tərəzi - gün xoş görüşlər vəd edir. Köhnə dostla
səmimi söhbət yaşananlara fərqli aspektdən baxmağa imkan verəcək.
Problemlərin həlli üçün düzgün qərar verin, çətin situasiyadan
çıxış yolu arayarkən hövsələsiz olmayın.
İşlə bağlı məsələlərin çözümündə naqolay təzyiqlərin qarşısını
alın.
Sərfəli anlaşma və ya gəlirli sifariş istisna deyil.
Səyahət və ya səfər məsləhət deyil. Yolda tez yorula
bilərsiniz.
Axşam saatlarında evdə keçirəcəyiniz vaxtda istirahət edin,
əhvalınız və səhhətiniz normal vəziyyətə düşsün.
Alış-verişdə iri məbləğdə pul xərcləməyin.
Əqrəb - səhər saatlarında günün uğursuz olacağını
düşünə bilərsiniz. Amma az sonra situasiya dəyişəcək. Vaxt keçdikcə
pozitiv təmayüllərin təsir gücü artır. Günün ilk yarısından
müstəqil fəaliyyət və təkbaşına iş üçün istifadə edin.
Günün ikinci yarısında isə işgüzar məsələlər, birgə layihələrdə
iştirakla bağlı məsləhətləşmələr və müzakirələr olacaq.
Qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Yerinə yetirə
biləcəyiniz işə başlayın, qüvvənizi qənaətlə sərf edin.
Emosional olmayın, hisslərin əsarətinə düşməyin. Əks cins mənsubu
ilə ciddi münasibətlərin təməlinin qoyulacağına bel bağlamayın.
Oxatan - hər sahədə və hər işdə hamıdan yaxşı
olmağa çalışsanız da, bu, mümkün deyil. Əslində belə vəziyyətə
ehtiyac da yoxdur. Təbii davranın və bu, günün ən məhsuldar, ən
effektiv variantıdır.
İndiyədək mübhəm bildiyiniz məsələnin təfərrüatları bilinəcək.
Çoxdan bəri görüşmək istədiyiniz, darıxdığınız insanla günün ikinci
yarısında görüş istisna deyil.
Səfər, yaşam məkanının dəyişdirilməsində fayda var.
Belə dəyişikliklər insanı ruhlandırır, işdə və yaradıcılıqda
uğurlar qazanmağa imkan verir. Yaxınlarınızla münasibətlər
qaydasına düşür, fikir ayrılıqları və incikliklər keçmişdə
qalır.
Oğlaq - xırda məsələlərə və önəmsiz detallara
həddən artıq fikir verməyin. Aktiv olun, qətiyyətli addımlar atın.
Son vaxtlar sizi narahat edən məsələləri nüfuzlu insanla müzakirə
etmək və problemin həll yollarını tapmaq imkanı yaranıb.
Ambisioz, eqoist, xudpəsənd olmayın. Bununla yanaşı, ağıllı,
fəndgir və məntiqli davranın, karyera pilləkənində yüksəlməyə
çalışın.
Şəxsi münasibətlər müstəvisində ciddi dəyişikliklər gözləməyə
dəyməz. Təşəbbüslər nəticə verməyəcək. Yaranmış situsiyanı təhlil
edin, davranmağın yollarını ayırd edin.
Axşam saatlarında istirahət edin.
Dolça - improvizə etməkdən çəkinməyin. Bu gün
qəflətən atacağınız addımlar və qəbul edəcəyiniz qərarlar uğurlu
ola bilər. İşdə həmkarlarla fikir ayrılığı, münaqişə istisna
deyil.
Mövqeyinizi müdafiə edin. Yanınızdakı insanlardan biri davranışızı
bəyənməyə bilər, amma qəti və sərt olun.
Nüfuzlu şəxs sizi müdafiə edəcək.
Günün ikinci yarısı yaşam tonusunuzun səviyyəsinin aşağı düşməsi
ilə bağlıdır. Səhhətdə problem istisna deyil.
Ağır və yağlı yeməklər yeməyin.
Axşam saatlarında açıq havada gəzintiyə vaxt tapın.
Balıqlar - qəfil uğurlar günüdür. Bu nailiyyətlər
əhəmiyyətli olmasa da, həddən ziyadə xoşdur. Peşəkar və fərdi
məziyyətlərinizə şübhələnən insanlar indi bacarıqlarınızı etiraf
etmək məcburiyyətində qalıblar.
Gözlənilmədən işgüzar təklif ala bilərsiniz. Böyük, ya da gəlirliyi
layihədə birgə işə və ya əməkdaşlığa cəlb oluna bilərsiniz.
Tanışlıqlar asan baş tutur. Bunun üçün təşəbbüs gərək deyil -
ətrafınızdakı insanlara maraqlısınız.
Ailə üzvlərindən birinə problemi həll etməkdə yardım göstərin.
Milli.Az
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi