Qoroskop
Səbuhi Rəhimlidən mayın 25-nə olan astroloji proqnoz
QOÇ – Təxminən saat 14-ə qədər cərəyan edən daxili sıxıntılarınız sonrakı müddətdə qaydasına düşəcək. Bu səbəbdən də vacib işlərinizi sonraya saxlayın. Büdcənizdə artım da gözlənilir.
BUĞA - Mənfi yüklü Ay bürcünüzdə qərar tutduğu üçün bu təqvimi müəyyən gərginliklə başa vura bilərsiniz. Buna baxmayaraq, fəaliyyətinizdə müsbət sıçrayışlar da mümkündür.
ƏKİZLƏR - Fəaliyyətlə bağlı uğurlarınız mümkün olsa da, iş yerində həmkarlarınızla, xüsusən də rəhbərliklə ehtiyatlı davranın. Günün ikinci yarısında büdcənizi artırmağa yaxın olacaqsınız.
XƏRÇƏNG - Qarşılıqlı anlaşma üçün ideal gündür. Bütün görüş və sövdələşmələr xeyrinizə cərəyan edəcək. Maliyyə məsələlərini isə hələlik başqa vaxta saxlayın. Enerjinizi sevgidən alın.
ŞİR - Çoxdan bəri düşüncələrinizdə kök salmayan qərarlar verməyin. Çünki bu gün yeni fikir və ideyalar səmərəlilikdən çox uzaqdır. Axşama doğru qonaq timsalında çağrılacağınız gözlənilir.
QIZ - Maraqlı görüşlərdə iştirak etmək üçün gözəl fürsətdir. Hətta bunun naminə fəaliyyətə də bir qədər ara vermək olar. Bu gün yeni işgüzar təkliflər alacağınız da istisna olunmur.
TƏRƏZİ - Olduqca səmərəli gündür. Gələcəyiniz üçün böyük əhəmiyyət kəsb edəcək görüşlərdə iştirakınız mümkündür. Təşəbbüskarlığı əldən verməməklə təkliflərə razılıq verin.
ƏQRƏB - Günün ümumi ovqatı aşağı olsa da, qənaətbəxş məqamlar yaşayacaqsınız. Stressə düşməkdənsə gələcək planlarınızı konkretləşdirin. Axşama doğru ikitərəfli görüşlər səmərə verə bilər.
OXATAN - Olduqca təzadlı gündür. Uğurlu və xoşagəlməz olaylar tez-tez bir-birini əvəz edəcək. Bundan öz xeyrinizə istifadə etmək üçün prosesləri diqqətlə izləyib, obyektiv qərar çıxarın.
OĞLAQ - Təzə xəbərlər yolunuzu gözləyir. Bu, çox güman ki, öz doğmalarınız tərəfindən və ya onlar haqqında olacaq. Hər halda, şahidi olduğunuz yeniliklər ovqatınıza mənfi təsir göstərməyəcək.
SUTÖKƏN - Günün əsas tövsiyəsi kənardan dəstək ummaqdır. Təkbaşına fəaliyyətin uğurlu olmadığını nəzərə alıb ürəyinizə yaxın olanların köməyindən istifadə edin. Məntiqsiz riskdən uzaq olun.
BALIQLAR – Ulduzlar böyük dəyişikliklər astanasında olduğunuzu bəyan edir. Belə məqamlarda qətiyyən boş dayanmaq olmaz. Qarşınıza çıxan hər bir şansdan bəhrələnin. Uğurlarınız uzaqda deyil.
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA