Qoroskop
Astroloji proqnoz - 20 oktyabr
Qoç - təşəbbüskar olun. İntensiv fəaliyyət
ritminə alışın. Süst və ətalətli davransanız, ciddi problemlərlə
üzləşə bilərsiniz. Darıxmayın. Bəzi işlər sizdə sönük və boz təsir
yaratsa da, onları qulaqardına vurmayın.
Günün ikinci yarısında işlər istədiyiniz sürətdə olmayacaq. Cari
layihələrdə və sifarişlərdə müəyyən gecikmələr, ləngimələr ola
bilər. Hadisələrin axarı maraqlı deyil.
Şəxsi münasibətləri ön plana çıxarmayın. Hisslərin torundan
qurtulun.
Buğa - tələsik, düşünülməmiş qərarlar qəbul
etməyin. Günün ilk yarısında hadisələr sürətlə inkişaf edəcək.
Fikirləşmək, düşünüb-daşınmaq üçün vaxt azdır. Lakin saatlar
keçdikcə belə taktikadan imtina edin, çünki mütləq şəkildə səhvlərə
və yanlışlıqlara yol verəcəksiniz.
Günün ikinci yarısını nisbətən sakit keçirin, usandırıcı və yorucu
olmayan işlərlə məşğul olun. Qüvvələrinizi bərpa etmək gərəkdir.
Xoşagəlməz insanlarla görüşləri ertələyin. Bu gün hisslərinizi
gizlətmək asan deyil.
Əkizlər - emosiyalarınıza hakim olun. "Hirsli
başda ağıl olmaz" deyimini xatırlayın və ən çətin işlərin çözümünün
soyuqqanlı davranışda olduğunu bilin. Məntiqiniz emosiyalara
uduzmamalıdır.
Yaxın ətrafınızdakı insanlarla təmaslarda mübahisə etməyin. Neytral
davranın. Yeni tərəfdaşlarla təmaslarda diqqətli olun. Mühüm
informasiyanı qaçırmayın.
Sevdiyiniz insanla söhbət zamanı pərdələnmiş ifadələrə
tapınmayın.
Xərçəng - problemlərin həllinə yaradıcı
yanaşsanız, sürətlə irəliləyəcəksiniz. Məqsədləri yeniləyin,
hədəfləri təftiş edin. Bilik və bacarıqlarınızdan maksimum dərəcədə
istifadə etsəniz, tərəfdaşlarınızda, həmkarlarınızda rəğbət hissi
güclənəcək.
Günün ikinci yarısında diqqətli olmasanız, bir sıra imkanları əldən
verəcəksiniz. Köhnə, kəsilmiş münasibətləri bərpa etməyə
çalışmayın. Əlavə gəlir mənbəyi arayın.
Şir - maraqlı və əlverişli gündür. Böyük
uğurlara nail ola bilərsiniz. Başladığınız işlər maraqlı təsir
bağışlayır. Onları yarımçıq qoymayın, bitirin. Peşəkar fəaliyyət
müstəvisində çox maraqlı təkliflər ala bilərsiniz. İşgüzar
həyatınızı dəyişə biləcək qərarların qəbulu istisna deyil.
Günün ikinci yarısında stabillik bərqərar olacaq. Bu, sizi
sevindirməlidir. Yaşananlar planlarınızın reallaşmasını daha da
sürətləndirə bilər.
Qiymətli hədiyyələr və gəlirlər istisna deyil.
Qız - gün ərzində yaşanacaq hadisələri dürüst
qiymətləndirin. Bədbin olmayın, hər şeyin pis olduğunu düşünməyin.
Nəticələr çıxarmağa tələsməyin. Yaranmış situasiyanı sakit,
təmkinlə təhlil edin. Durumda mütləq şəkildə xoş yönlər var.
Mühüm sənədlərin imzalanması, bahalı əşyaların alınması və ya
satılması üçün əlverişli gün deyil.
Günün ikinci yarısında ünsiyyət çətinləşəcək. Yaxın ətrafınızdakı
insanlar sizi fikrini tez-tez dəyişən insan sayacaqlar. Qərar və
əməllərinizdə ardıcıl olun.
Yaxşı tanımadığınız insanlarla təmaslardan imtina edin.
Tərəzi - planlarda və artıq nizama saldığınızı
düşündüyünüz işlərdə dəyişikliklər ola bilər. Vəziyyətdə maraqlı
olan yeni şəxslər peyda olacaq. Şərait yenilənir. Danışıq, görüş,
müzakirə, hüquqi məsələlərin həlli üçün əlverişli zamandır.
Günün ikinci yarısında yeni sifariş ola bilər.
Yaxınlarınızın problemlərindən hali olun. Dəyər verdiyiniz
insanlarla çox sərt danışmayın.
Əqrəb - işinizə məsuliyyətlə yanaşın. Cari
məsələlərin həlli əlahiddə zəhmət və çox vaxt tələb etmir.
Ətrafınızdakı hadisələrin mahiyyətini anlamağa çalışın. Bəzi
nüanslar xüsusi diqqət tələb edir.
Günün ikinci yarısında vaxt sürətlə keçəcək. İkinci dərəcəli
məsələlərə fikir verməyin. Onları təxirə salmaq da olar. Şəxsi
münasibətlərdə ciddi problemlər olmayacaq. Yaxın gələcəklə bağlı
perspektivlər maraqlıdır.
Təklif və vədləri real dəyərləndirin.
Oxatan - intensiv intellektual və fiziki əməklə
məşğul olmayın. Rutin öhdəlikləri yerinə yetirin. Yaxın gələcəklə
bağlı planları bir daha dəqiqləşdirin.
İntuisiyanız sizi aldatmayacaq.
Günün ikinci yarısında işdə rəhbərlik sizə əlavə tapşırıq verəcək.
Ən xırda detallar barədə informasiya əldə etmədən işə
başlamayın.
Tapşırığın korrekt yerinə yetirilməsi üçün müstəqil işləyin.
Yaxınlarınızla münasibətlərdə etimad və qarşılıqlı anlayış xüsusi
əhəmiyyət kəsb edir.
Oğlaq - şəxsi münasibətləri işgüzar maraqlardan
üstün tutmayın. Ruh yüksəliyi ilə çalışın, hədəflərə və məqsədlərə
çatmaq üçün bütün zəruri vasitələrdən istifadə edin.
Bəzi işlərin öhdəsindən asanlıqla gələcəksiniz.
Günün ikinci yarısında bilik və bacarıqlarınızdan yararlanın.
Kənardan məsləhətlərə, yardımlara ehtiyacınız yoxdur. Dəyər
verdiyiniz insanla təmaslarda məsafə saxlamağa çalışmayın.
Sevdiyiniz insanın hissləri ilə oynamayın.
Dolça - çox ciddi irəliləyişlərə nail ola
biləcəyinizi düşünməyin. Realist olun, imkanlarınızı olduğundan
artıq dəyərləndirməyin. İndiyədək əldə etdiyiniz nəticələrə
diqqətlə nəzər salın, yanlışlıqların fəsadlarını aradan
qaldırın.
Günün ikinci yarısında yaradıcılıq potensialınız artacaq.
Ətrafınızdakı insanların rəğbətini qazanmaq üçün yeni layihəni
reallaşdırmağa başlayın.
Özünüzü həddən artıq yormayın.
Axşam saatlarında qıcıq və yorğunluq istisna deyil. Yaxınlarınızla
təmaslarda qarşı tərəfin mövqelərini nəzərə alın.
Balıqlar - qüvvənizə və potensialınıza şübhə
etməyin. İradəli olsanız, qarşınıza qoyduğunuz məqsədlərə
çatacaqsınız. Karyeranızı düşünün. Problemlərin həllinə yaradıcı
yanaşın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların dəstəyinə
ehtiyac duyacaqsınız. Ağır işin öhdəsindən təkbaşına gələ
bilmirsinizsə, dostlardan yardım istəməkdən çəkinməyin.
Axşam saatlarını dəyər verdiyiniz insana ayırın.
milli.az
-
Rəsmi xronika21:25
Prezidentdən Yeni illə bağlı paylaşım - FOTO
-
Magazin220:44
Məşhur illüziyaçı vəfat etdi
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI