Qoroskop
Astroloji proqnoz - 25 Mart
Qoç - Triton və Arielin münasibətləri yaxın
ətrafınızdakı insanlardan, yaxud da tərəfdaşlardan birini
planlaşdırdığınız işi alt-üst etməyə sürükləyir. Bu gün problemi
təkbaşına həll edin, kimsədən məsləhət almayın.
Təkid və təzyiq etməyin, tələbləri səsləndirməyin. İfrat emosional
əlaqələr, müzakirə və intriqalara qatılmayın. Sükan arxasında,
yolda, nəqliyyatda olarkən, mühüm sənədləri yazarkən ehtiyatlı
olun. Danışıqlarda və toplantıda önəmli detalları qaçırmayın.
Gün ailə və şəxsi münasibətlərdə sürprizlər vəd edir. Səslənən
tələblər və istəklərin sayı maksimuma çatır.
Kəskin münaqişənin yaranmasının qarşısını almaq üçün təmkinli və
soyuqqanlı olun, amma çevik tərpənin. Sonradan sizi
təəssüfləndirəcək sözlər deməyin.
Buğa - Avropa və Sinopenin münasibətləri
rəqibinizi fəallaşdıracaq. Ən yaxşısını əldə etmək, gəlirləri
artırmaq və heç olmazsa, kreditləri ödəmyə pul tapmaq üçün fəal
olun.
İşləyin, istirahət saatlarına görə sizə kimsə pul verən deyil.
Sosial şəbəkələrdə az vaxt keçirin. Dostlar və ya iş yoldaşlarından
dəstək aramayın. Belə gözləntilər yalnız emosional gərginlik
yaradacaq.
Ünsiyyətdə açıq danışmaq bu gün üçün yararlı deyil.
Axşam saatlarında dincəlin, sonra yarımçıq işi tamamlayın.
Özünüzə qalib gəlin, səhhətiniz üçün faydalı işi görün.
Əkizlər - Deymos və Elaranın münasibətləri yeni
planlarla bağlı tələskənliyə yol verməməyinizi istəyir. Yaşamınızda
qayda, işinizdə sahman yaratmağa çalışın.
İki gün əvvəl verilmiş vədin yerinə yetirilməsinin vaxtı çatıb.
Planlarda dəyişiklik edin, aktivləşin, işi bitirin. Enerjili olun.
Ziddiyyətli istək və maraqlar sizi müxtəlif yönlərə sapdırmasın.
Bir işi yarımçıq qoyub başqasına başlamayın.
Eyni vaxtda bir neçə işi görmək istəyi problemlər yarada bilər.
Tələsməyin, vurnuxmayın. Prioritetləri müəyyənləşdirəndən sonra
çalışın.
Xərçəng - Miranda və Umbrielin münasibətləri bu
gün sizdən enerji tonusunuza diqqətlə yanaşmağı tələb edir. İfrat
çalışmaq və yorğunluq xroniki ağrıları kəskinləşdirməklə yanaşı,
köhnə simptomları bərpa edə bilər.
İşdə "qızıl orta" prinsipinə riayət edin.
İşləri nəzarətdə saxlayın, amma onların sayını artırmayın. Əvəzində
işin keyfiyyətinin yüksəldilməsi və optimallaşdırma üçün imkanların
aranması ilə məşğul olun. Yeni imkanları dəyərləndirmədən onlardan
dərhal yararlanmağa çalşımayın.
Baş verənlərin məğzini anlayır, hadisələrin pərdəarxasını
görürsünüz.
Emosional gərginlik hələ də qaldığından axşam saatlarında yaxşı
istirahət edin.
Şir - Neptun və Uranın münasibətləri qeyri-adi
hadisələr vəd edir. Günün ilk yarısında şərait böhran təsiri
bağışlaya bilər, amma belə deyil.
Planlaşdırılmamış xərclər, qüvvənin qeyri-rasional sərfindən
qorunun. Borcları qaytarın, sizin üçün mühüm situasiyanı
aydınlaşdırın. Bu gün həyat sizi seçim qarşısında qoyacaq. Gərəkli
istiqamətdə hərəkət etdiyinizi aydınlaşdırın. Ehtiyac yaranarsa,
maraq fokusunu daha gərəkli, cari məsələyə yönəldin.
Əlverişli perspektivi olmayan vəziyyətə düşsəniz, itkilərə yol
verməyin.
Bədxərc olmayın.
Qız - Haumea və Eridanın münasibətləri
münaqişələrin yaranmasını istisna etmir. Qəzalı, münaqişəli gündür.
Köhnə problemlər, iddialar, karmik düyünlər gündəmə gələcək. Önəmli
hadisələrin məzmununu yeni səpkidə üzə çıxaran hadisələr baş
verəcək.
İşdə həmkarlar və ya tərəfdaşlarla yeni layihə ilə bağlı
müzakirələrdə gərginliyə imkan verməyin. Neqativə köklənməyin,
impulsiv addımlar atmayın. Qüvvənizi qoruyun, çünki problemləri
fiziki ehtiyatlarınızın hesabına həll etməli olacaqsınız.
Səfərlərdə ehtiyatlı olun. Şəxsi münasibətlərdə ifrat güzəştlərə
getməyin. Beləcə, yaranmış şəraitin üstünlüklərindən itki vermədən
yararlana bilərsiniz.
Virtual ünsiyyət məntiqsizdir.
Tərəzi - Serera və Neptunun münasibətləri bu gün
yaxın ətrafınızdakı insanlara qayğı göstərməyi, kömək göstərilməsi,
maddi fəallığı tələb edir.
Səhhətinizə diqqət yetirin. Yaşam stlinizə dəyişikliklər və
korrektələr edin, inkişaf üçün tədbirlər planı hazırlayın. Köhnə və
sınanmış effekttiv vasitələri yada salın, əvvəlki aydakı pressinq
səbəbindən yarımçıq qalmış işi başa çatdırın. Cari işlərdə qayda
yaratmaq vaxtı çatıb. Borcları qaytarın, tərəfdaşlarla işin
perspektivlərini müzakirə edin.
İdeyalarınızı saf-çürük edin. Ola bilər ki, faydalı ideyanı
unudubsunuz.
Əqrəb - Haron və Ayın münasibətləri bu gün baş
verənlərə məsuliyyətlə yanaşmağı tələb edir. Qarşınızda parlaq
perspektivlər açılacaq, amma çox ciddi problemlərlə qarşılaşa
bilərsiniz. Situasiyanın mənfi və müsbət yönlərini sürətlə
dəyərləndirə bilməyəcəksiniz.
İntuisiyanıza güvənin, önəmli anlaşma və öhdəlikləri pozmamağa
çalışın.
Şəxsi münasibətlərdə prinsipial mövqeyinizi dəyişməyin, tərəfdaşa
təzyiq göstərməyin.
Heç bir səbəb olmadan münaqişə yarana bilər.
Enerjinizi təmirə və ya qaydanın yaradılmasına sərf edin. İti,
kəsici alətlərlə ehtiyatlı olun. Qaydalara riayət edin, risk
etməyin.
Oxatan - Merkuri və Saturnun münasibətləri
bacarıqlarınızın dəyərləndirilə biləcəyi günü vəd edir. Qarışıq
gündür.
Məşğul olduğunuz məsələlərdə qeyri-müəyyənliyin yaranması, təhrif
olunmuş məlumatın alınması istisna deyil. Yaxın ətrafınızdakı
insanların sizi anlamaması, əlavə iş yaratmaları emosiyaların
gərginləşməsinə, münaqişəyə səbəb ola bilər.
Fiziki iş sizi sakitləşdirəcək. Səfərləri minimuma endirin.
Şəxsi münasibətlər müstəvisindəki görüşlər üçün əlverişli gün
deyil. Məsafə saxlayın, hadisələri tələsdirməyin.
Günün ikinci yarısı münasibətlərin ayrıd edilməsi vaxtıdır.
Oğlaq - Mars və İonun münasibətləri unikal gün vəd
edir. Başlanmış işi bitirmək, münasibətlərə aydınlıq gətirmək
istəyəcəksiniz. "Hər şey və ya heç nə" dediyiniz gündür.
Şəraiti özünüzə tabe edin, bundan sonra necə fəaliyyət göstərməyi
müəyyənləşdirin.
Şəxsi münasibətlərdə aparıcı sevdiyiniz insan olsa da, təmkinli
olun.
İşlərin çox olduğunu anlayırsınız. Başqasının əvəzinə iş görməli
olsanız, şərtlərinizi irəli sürün. Sabahkı gün bir qədər nəfəs dərə
bilərsiniz.
Axşam saatlarını qüvvənizi bərpa etmək, dincəlmək, sakit şəraitdə
maraqlı həmsöhbətlə danışmaq üçün istifadə edin.
Dolça - Andromeda və Fobosun münasibətləri maliyyə
məsələlərində problemlər yarada bilər. Nigaranlıq və narahatlıq
stressə çevrilməsin.
Enerjinizə qənaət edin, fiziki və emosional gərginlik yaşamayın,
yalnız gərəkli, ehtiyac duyulan işləri görün. Tərəfdaş və ya
işlərinizdən hali olan insanla söhbət vəziyyətin kəskinlik
səviyyəsini aşağı salmağa kömək edir.
Səhhətinizə fikir verin, yaxşı qidalanın, açıq havada gəzintiyə
çıxın.
İdmanla məşğul olursunuzsa, məşqin intensivliyini azaldın. Səfər,
sosial və dövlət qurumlarında olmaq, aktiv yazışma, evə qonaqların
gəlişi mümkündür.
Təcili işləri təxirə sala biləcək və ya qrafikinizi sıxlaşdıracaq
tədbirlərə şirnikməyin. Aramla davranın. Günün məlumatla işə,
rəqiblərin hərəkətlərinin təhlilinə, planların müzakirəsinə,
əvvəllər başa çatdırılmamış işin sonuclanmasına həsr edin.
Balıqlar - Venera və Plutonun münasibətləri bu gün
yaxın ətrafınızdakı insanlarla münasibətlər prizmasından yeni
keyfiyyətlərinizi anlamağa kömək edəcək.
Yeni maraqlı görüş və tanışlıqlar ola bilər. Fəqət ciddi planlar
qurmayın: yeni tanışlar həyatınıza daxil olduğu kimi, sürətlə yoxa
çıxa bilərlər. İrəliləyiş, sıçrayış, eyforiya hissi yaransa da,
ilkin təəssüratdan fərqli olaraq daha çox qüvvə və güc tələb
olunacaq.
Sizi tələsdirən, bir qədər fəal olmağınızı istəyən insanları
anlayışla qarşılayın, qarşılıqlı fəaliyyət üçün maksimal dərəcədə
açıq olun.
Bu gün çox mətləblər aşkarlanacaq, problemlərinizin həllini
intuitiv olaraq tapacaqsınız /Milli.az/.
-
Magazin106:46
Gülay Naziləyə 1000 manat verdi - VİDEO
-
İdman05:45
Neymar bu adanı alır: görün nələr var - FOTOLAR
-
Kriminal04:14
Paytaxtda QANLI GECƏ: ailə üzvləri yaşadıqları evdə bıçaqlandılar
-
Hadisə03:23
Lənkərandan ACI XƏBƏR: ölən və xəsarət alanlar var - FOTO
-
Magazin202:12
“Miss Russia 2024” müsabiqəsinin qalibi bəlli oldu
-
İKT01:21
"YouTube"a yeni RƏQİB GƏLİR: müsabiqə elan edildi
-
Region00:30
Türkiyədə silahlı qadın doğum evinin həkimlərini GİROV GÖTÜRDÜ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə mövzular gündəmə gələ bilər ki...