Qoroskop
Astroloji proqnoz - 4 avqust
Qoç - çox mürəkkəb gün olsa da, ondan
faydalanmaq mümkündür. Əsas odur ki, əvvəlcədən uğursuz görünən
layihələrə baş qoşmayasınız. Çalışın, heç olmazsa, nəzəri cəhətdən
dəyərli nəticələr verə biləcək işlərə köklənəsiniz. Günün ikinci
yarısı Xərçənglərin əksəriyyəti onları çox sevindirəcək bir xəbər
alacaq.
Bu ərəfədə, həmçinin ciddi maneələri aşmalı olacaqsınız. Sizdən
yalnız inad tələb olunur. İlk uğursuzluqdan sonra qol-qanadınız
həmən yanınıza düşməsin, yaxşı olar ki, kimisə köməyə
çağırasınız.
Buğa - yaxınlarınızla bahəm, həmkarlar və
tərəfdaşlarla təmaslarda etibara, stabilliyə xüsusi fikir verin.
Cari məsələlərin çözülməsində aktiv olun, süst davranmayın. Olaylar
spontan inkişaf edəcək, bəzi məqamlarda isə problemlərin sayı
artacaq.
Günün ikinci yarısında kənardan müdaxilə və ya təsir planlarınızı
alt-üst edə bilər.
Ruhdan düşməyin. Çətinliklər sizi qorxutmasın. İstənilən
situasiyada müsbət məqamları görməyə can atın.
Peşəkar biliklərinizi və təcrübənizi artırın.
Əkizlər - situasiyanı olduğundan artıq
çətinləşdirməyin. Sayıq davranın, qəfil təkliflərə ehtiyatla
yanaşın. Hadisələrin məcrasını süni şəkildə dəyişməyə çalışmayın.
Yaxın ətrafınızdakı insanları təsiriniz altına salmağa cəhd
göstərməyin. Realist olun, prosesləri praqmatcasına
dəyərləndirin.
Günün ikinci yarısında uzunmüddətli təşəbbüslərlə çıxış etməzdən
əvvəl hadisələri yaxşıca təhlil edin. Əsassız ideyalar narahatlığa,
gərginliyə səbəb olacaq.
Axşam saatlarında normal istirahət edin. Fikir ayrılıqları
qarşılıqlı anlaşmanın pozulmasına səbəb ola bilər.
Xərçəng - hisslərin əsiri olmayın. Ünvanınıza
söylənən kəlmələrə diqqətlə qulaq asın. Dəyər verdiyiniz insanların
qayğısına qalın, onları düşünün. Soyuqqanlı və laqeyd davranış
münasibətlərdə ciddi anlaşılmazlıqlara, umu-küsüyə səbəb ola
bilər.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla qarşılıqlı
anlaşmaya nail olun. Təmasları inkişaf etdirmək üçün qarşı tərəfin
istək və niyyətlərindən xəbərdar olun.
Alış-veriş, eksperimentlər, imic dəyişiklikləri üçün əlverişli
zaman deyil.
Yaşayış yerinin dəyişdirilməsi və ya köçlə bağlı planları təxirə
salın.
Şir - hər şeyə rəğmən nikbin olun. Çətinliklər
müvəqqətidir. Ruhdan düşməyin. Yaşananları növbəti sınaq kimi qəbul
edin. Situasiyanı dərindən araşdırın ki, problemlərin həll
yollarını ifrat çətinlik çəkmədən tapa biləsiniz.
Günün ikinci yarısında məqsədə aparan yolda nəzərdə tutulmamış
gecikmələr, təxirəsalmalar yarana bilər. İlk baxışdan əhəmiyyətsiz
təsir bağışlayan detallara xüsusi fikir verin. Önəmsiz işləri
təxirə də salmaq olar. Amma zahirən mənasız, əslində ciddi məqamı
nəzərdən qaçırsanız, bu nüans sonradan işlərinizdə əhəmiyyətli
əngəllər yaradacaq.
Axşam saatlarında diqqətli olun.
Qız - planlaşdırdığınızdan daha az iş görüb
çatdıra bilirsiniz. Çünki bir çox məslələlər qəfil meydana çıxır və
onları tez həll etmək lazım gəlir. Həmfikir və köməkçiləriniz
çoxdur. Çifayda, heç biri təşəbbüs göstərmir və yalnız sizin əmr və
göstərişlərinizi gözləyirlər.
Günün ikinci yarısı ciddi pul xərcləri gözlənilir. Kədərlənməyin,
bunun əvəzində daha dəyərli və faydalı bir şey əldə edəcəksiniz.
Emosional fon pis deyil, heç xoşunuza gəlməyən adamlarla da yola
gedirsiniz. Axşam vaxtı ünsiyyətlərinizdə diqqətli olun, yalnız
yaxınlarınızla söhbətlə kifayətlənin.
Tərəzi - şəxsi həyatınızdakı problemləri
fəaliyyətinizdəki çətinliklərlə qarışdırmayın. Fəaliyyət
istiqamətində sürətlə irəliləmək üçün konkret plana zərurət var.
Yaxın ətrafınızdakı insanlarla kəskin mübahisələr etməyin. Yeni
müttəfiqlər əvəzinə yeni rəqiblər qazanmağa tələsməyin.
Dəyərli saydığınız insanlarla münasibətləri günün ikinci yarısında
korlamamaq üçün bir qədər mülayim, güzəştlərə meylli olun.
Təmaslarda harmoniyanın yaranmasına çalışın. Kobudluq və sərtlik
etməyin. Əks təqdirdə ehtiyatsız davranışınıza görə az sonra peşman
olacaqsınız.
Əqrəb - səhər saatlarından etibarən gərgin
dönəm başlanacaq. Önəmli işləri sürətlə həll edin. Enerji və
qüvvənizdən yararlanın. Süst, ətalətli olmayın. Axşam saatlarına
yaxın məhsuldarlıq səviyyəniz xeyli aşağı düşəcəyindən vaxtınızın
qədrini bilin.
Günün ikinci yarısında dostlar və ya ünsiyyəti sizə xoş təsir
bağışlayan insanla əməkdaşlığı intensivləşdirmək olar. Bəzi işlərdə
çətinliklər yaranacaq. Ruhdan düşməyin, geri çəkilməyin.
Dövlət qurumlarına yollanmaq məsləhət deyil. Bürokratik əngəl,
təxirəsalma, maneələrlə qarşılaşacaqsınız.
Oxatan - günün ilk yarısında müsbət
təmayüllərin təsiri güclü olacaq. Fəaliyyətinizlə bağlı önəmli
məsələləri vaxtında həll edin. Layihələri yarımçıq qoymayın. Etibar
etdiyiniz, inandığınız insanlarla işləməyə üstünlük verin. Maliyyə
məsələlərində çətinliklər yarana bilər.
Günün ikinci yarısında yaxınlarınızla əzizlərinizin problemlərindən
hali olun. Təmkinli, diplomatik, səbrli olun. Yaşananları müşahidə
edin.
Ailə üzvlərindən biri sizi sevindirəcək. Axşam saatlarını dəyər
verdiyiniz insanlara həsr edin.
Oğlaq - günün ilk yarısında uğurlar mühüm
işlərə ayıra biləcəyiniz diqqətdən asılıdır. Detallara və
təfərrüatlara fikir verin. İntizam, qaydalara riayət nə qədər
yüksək səviyyədə olarsa, məqsədə bir o qədər tez çatacaqsınız.
Tapşırıq və öhdəlikləri vaxtında yerinə yetirin.
Günün ikinci yarısında metodlarla vasitələri diqqətlə seçin.
Saatlar keçdikcə fiziki travma və məişət zəminində münaqişə
riskləri artacaq.
Axşam saatları təmir, habelə elektrotexniki işlərin aparılması üçün
münasib deyil.
Dolça - xüsusi bir planı olmayanlar üçün gün
çox uğurludur. Amma əgər möhtəşəm ideyalarınız varsa, onları bir
kənara qoyun. İş görüşləri sizin təxmin etdiyiniz kimi keçəcək,
başgicəlləndirici təkliflər heç gözləməyin, amma qarşılıqlı sərfəli
sövdələşmələr mümkündür.
Dostlarınız və ailə üzvlərinizlə ünsiyyət, əyləncəli tədbirlərdə
iştirak əhvalınızı yüksəldəcək. Həm özünüzün, həm də başqalarının
qayğısına qalırsınız. Köhnə tanışlarınız sizi hədiyyə ilə
sevindirəcəklər.
Balıqlar - təslim olmaq fikrində deyilsiniz, bir
cəngavər kimi mənfi tendensiyalarla savaşırsınız. İnadınız
təqdirəlayiqdir. Amma bir düşünün, qüvvənizi nəyə sərf edirsiniz?
Bu, o qədər vacibdir? Hələ ki, gec deyil, özünüzə gəlin.
Əvalınız da sevindirmir. Yaxşı olar ki, ağır işdən çəkinəsiniz.
Kompüter qarşısında çox oturmayın, alkoqol və yağlı yeməkdən uzaq
durun. Amma eyni zamanda, bütün diqqəti sağlamlığa yönəltmək olmaz.
Məsələn, bu gün arıqlamaq üçün ac qalmaq heç məsləhət deyil
(Milli.Az).
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ