Qoroskop
Günün ULDUZ FALI: Gün sürprizlər vəd edir
Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - çoxsaylı problemlər yaratmamaq üçün başqalarının təcrübəsindən də yararlana bilərsiniz. Yeni romantik münasibətlərə başlamaq və ya əvvəllər kəsdiyiniz təmasları bərpa etmək üçün yaxşı zamandır.
Buğa - yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi rəvan qurun. Layiq olmayan insanlara inanmayın, onlara etibar etməyin. Səy göstərsəniz, bədxahınızı və sizə mane olmaq, böhtan atmaq istəyən şəxsi ifşa edə bilərsiniz.
Əkizlər - əks cins mənsubu ilə fikir ayrılıqları yarana bilər. Günün ikinci yarısında yaranacaq münaqişəni dərhal həll edin.
Xərçəng - ən kiçik çətinlikləri ürəyinizə salmayın. Xırda müşküllərə görə əhvalınızı pozmayın. Yaxşı əhvalınızı qoruyun. Bu, ilk baxışdan göründüyü kimi çətin deyil.
Şir - ideyalarınızı könüllü paylaşa bilərsiniz. Layihənizin reallaşdırılmasında sizə yardım edəcək insanla tanış olacaqsınız. Çalışdığınız sahədə təşəbbüskar olun. Hətta ən cəsarətli və ilk baxışdan absurd ideyalarınız dəstək ala bilər.
Qız - gəlir istisna deyil. Günün ikinci yarısı alış-veriş üçün əlverişli zamandır. Şəxsi münasibətlər baxımından ən əlverişli zaman deyil.
Tərəzi - yaxınlarınızla təmaslarda həssas və diqqətli olun. Ehtiyac yarananda kompromisə gedin. Ən adi ev işləri çox çətin təsir bağışlaya bilər. Yardım təklifi alanda aqressiv cavab verməyin.
Əqrəb - perspektivlərlə prioritetləri müəyyənləşdirin. Qeyri-müəyyənlik nə qədər çox olarsa, siz bir o qədər iradəli və qətiyyətli davranmalısınız. Gün sürprizlər vəd edir. Günün ikinci yarısında ötənlərdə unutduğunuz ideya və ya insanı xatırlaya bilərsiniz.
Oxatan - intuisiyanıza güvənin. Rasional olmayan addımlar, münasibətlərdəki kompromislər problemlərinizin həllinə radikal təsir edə bilər. İndi hər şeyi izah etmək asan deyil.
Oğlaq - bacarıq və məziyyətləriniz danışıqlar prosesinə təsir edə bilər. Əməksevər və sürətli olun.
Dolça - yaxın ətrafınızdakı insanlarla münasibətlərdə stress və sürprizlər olacaq. Dostlar və həmkarlar indi sizdən sui-istifadə etməyə çalışırlar. Hadisələrlə xəbərlərin intensivliyi artır. Daxili gərginlik səviyyəsini aşağı salın.
Balıqlar - günün əksər hissəsi kursu bilinməyən dövrdür. Mühüm işləri təxirə salın. İşgüzarlıq lazımi səviyyədə olmalıdır. Yaşam arealı və çalışdığınız sahədə qayda yaradın. / Milli.Az
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO