• USD 1,7000 0,00% EUR 2,0390 -1,10%
    • GBP 2,3789 -0,67% RUB 0,0235 -0,43%

Astroloji proqnoz - 13 avqust

  • Qoroskop
  • 13 Avqust 2014 01:01
  • 1 963 Baxış
Astroloji proqnoz - 13 avqust

Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...

QOÇ - Səhhətinizlə bağlı diqqətli olun. Yersiz sıxıntılar heç də xilas yolu deyil. Ailə-sevgi münasibətlərini tənzimləməyə çalışın. Maddi problemlərinizin tezliklə həll olunacağına inanın.

BUĞA - Təəssüf ki, avqust ayının ən gərgin gününü yaşaya bilərsiniz. Bu səbəbdən də hətta su içəndə belə, ayıq-sayıqlıq göstərməlisiniz. Əsəblərinizi, həmçinin daxili orqanlarınızı qoruyun.

ƏKİZLƏR - Maliyyə problemlərinin bolluğuna baxmayaraq ulduzlar digər məsələlərdə yardımçınız olacaq. Günün ikinci yarısında isə sevindirici təsadüflərlə rastlaşacaqsınız. Buna hazır olun.

XƏRÇƏNG - Bəxtinizdə mistik bir təqvim durub. Xurafata uymaqdansa müqəddəs ziyarətgahlarımıza baş çəkin. Hər hansı çılğınlıq, risk və lazımsız adamların işlərinə müdaxilələr məsləhət deyil.

ŞİR - Hansısa xoşagəlməzliyi gözləməyə dəyməz. Əksinə, bu proqnozu oxuyan kimi aktivliyinizi artırmalısınız. Saat 15-dən 18-ə qədər bir neçə sürprizlə rastlaşma ehtimalınız böyükdür.

QIZ - O qədər də uğurlu tarix deyil. Ətrafınızda olanlar əsəblərinizi tarıma çəkməyə çalışacaq. Əgər bu maneələrdən qurtulmaq istəyirsinizsə, təmkin göstərin. "Hirsli başda ağıl olmaz" axı.

TƏRƏZİ - Nahara qədər ovqatınızda baş qaldıran xoşagəlməzliklər qarşıya qoyduğunuz məqsədlərə yetişməyə mane ola bilər. Odur ki, riskli işlərdən yayının. Sonrakı müddətdə isə dəstək alacağınız mümkündür.

ƏQRƏB - Nə qədər çətin olsa da, ixtiyarınızda olan bu təqvimdə neytral olmalısınız. Əks təqdirdə böyük qanqaraçılıq gözlənilir. Ələlxüsus da, pul haqq-hesablarında gözləmə mövqeyi tutun.

OXATAN - Saat 13-15 aralığını nəzərə almasaq, bu təqvimi kifayət qədər xoş ovqatla başa vura biləcəksiniz. Düz yolda olduğunuz üçün mövqeyinizdə bərk dayanın. Amma sərtlik göstərməyin.

OĞLAQ - Adi bir gün yaşamalı olacaqsınız. Hansısa müvəffəqiyyət və ya uğursuzluq gözlənilmir. Yaxşısı budur, başınızı aşağı salıb adi işlərlə məşğul olasınız. Bütün təkliflərdən imtina edin.

SUTÖKƏN - Həddindən ziyadə uğurlu bir gün yaşayacaqsınız. İstər şəxsi büdcənizi artırmaqda, istərsə də qarşılıqlı münasibətlərdə vəziyyət xeyrinizə olacaq. Səfərə çıxmağa dəyər.

BALIQLAR - Nəzərdə tutduğunuz planların ləng inkişafına görə usanmayın. Ən azı ona görə ki, Göy qübbəsi bu gündən etibarən şəxsi işlərinizdə böyük dönüşə yiyələnəcəyinizi bəyan edir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR